SON DƏQİQƏ

Qalib ölkənin güləşçiləri tarixdə təkrarlanmayan rekorda imza atdı - VİDEO

Tarix:14-10-2023, 00:39

Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının qalibləri Rafiq Hüseynov (82 kq) və Eldəniz Əzizli (55 kq) Baku TV-nin suallarını cavablandırıblar.Karyerasında üçüncü dəfə dünya çempionu olan Eldəniz Əzizli Azərbaycan yunan-Roma güləşi tarixində təkrarlanmayacaq bir tarix yazdıqlarını qeyd edib:
“Sözün açığı, bizim özümüzün də bu tarixi təkrarlamağımız sual altındadır. Çünki ilk dəfə idi ki, bir dünya çümpionatında 5 yunan-Roma güləşçimiz finala yüksəldi. Eyni gündə iki güləşçimiz dünya çempionu oldu”.
Antiterror tədbirlərindən danışan dünya çempionumuz Rafiq Hüseynov artıq yarışlara qalib ölkənin idmançıları olaraq getdiklərini bildirib:
“Bir zamanlar biz yarışlara savaşda məğlub olan kimi, başıaşağı gedirdik. İndi isə 24 saatda düşməni darmadağın edə biləcək Ordumuz olduğunu sübut edirik və başıuca gedirik. Bu, istənilən idman nəticəsindən daha böyük uğurdur”.
Ətraflı süjetdə:

XeberTıme.az

 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ