SON DƏQİQƏ

Moldovalı gimnast: “Ocaq” Beynəlxalq Kubokunun bürünc medalı mənə Bakı səfərimi xatırladacaq”

Tarix:12-11-2023, 16:04

“Bakıya ilk səfərimi bədii gimnastika üzrə 2-ci “Ocaq” Beynəlxalq Kubokunda qazanılan bürünc medal xatırladacaq”.Bu barədə Trend-ə 2012-ci il təvəllüdlü gimnastlar arasında (B qrupu) halqa ilə hərəkətlər proqramında bürünc medal qazanan, Moldova idmançısı Elizaveta Bodruq deyib.
“Bakıya yarışa geləndə mükafatlar haqqında düşünmürdüm, əsas o idi ki, proqramı yaxşı təqdim edim. İndi də “Ocaq” kubokunun bürünc medalı Azərbaycanda keçirdiyim xoşbəxt günləri xatırladacaq”, - deyə gənc gimnast bildirib.
Moldovadan olan idmançı qeyd edib ki, turnir zamanı o, iki proqram - alətsiz hərəkətlər proqramı və halqa ilə kompozisiya ilə çıxış edib:
“Bakıdakı Gimnastika Arenasında yarış döşəyinin üzərinə çıxanda yarışın miqyasını hiss edirsən. Şadam ki, həmin turnirdə iştirak etmək imkanım oldu”.
Qeyd edək ki, 10-12 noyabr tarixlərində 2-ci “Ocaq” Beynəlxalq Kuboku keçirilir. Yarışda fərdi proqramda 325 gimnast, qrup hərəkətlərində isə 21 komanda çıxış edir. Ümumilikdə 2-ci “Ocaq” Beynəlxalq Kubokunda 14 ölkədən nümayəndələr iştirak edirlər. 

XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ