SON DƏQİQƏ

Özbəkistanda hərbi helikopter qəzaya uğradı: Ölənlər var

Tarix:18-11-2023, 00:17

Özbəkistanın Hərbi Hava Qüvvələrinə məxsus Mi-8 helikopteri Səmərqənd vilayətindəki Kattakurqan poliqonunda təlim uçuşu zamanı qəzaya uğrayıb.Bu barədə ölkənin Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
İlkin məlumatlara görə, hadisə nəticəsində ekipaj üzvləri həlak olublar. Qəzanın səbəblərini müəyyən etmək üçün xüsusi komissiya işləyir.
Qeyd edək ki, Kattakurqan poliqonu Özbəkistanda 2019-cu ilin noyabrında açılmış ən böyük hərbi poliqondur.

Mənbə: TASS

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ