SON DƏQİQƏ

Moskvada konsert zalında terror: 40 ölü, 130 yaralı - VİDEO

Tarix:23-03-2024, 00:45

Moskvada konsert zalında baş vermiş terror aktı nəticəsində yaralananlarn sayı 130 nəfərə çatıb 
Terror aktı nəticəsində 40 nəfərin öldüyü bildirilir.
 
***
Rusiyanın paytaxtının yerləşdiyi Moskva vilayətinin Krasnoqorsk şəhərində baş vermiş silahlı hücumda 40 nəfər ölüb.
XeberTıme.az  xəbər verir ki, bu barədə “112” teleqram kanalı məlumat yayıb.
 
Atışma nəticəsində 100-dən çox yaralanan var. Yerli mətbuat hadisələri terror aktı adlandırıb.
 
***
21:34
Moskva yaxınlığında yerləşən "Crocus City Hall" konsert zalında atışma olub.
 
XeberTıme.az  xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
 
Məlumata görə, zalda atışma səsi eşidilib, bundan sonra insanlar oranı tərk etməyə başlayıblar.
 
"RİA Novosti" bildirib ki, kamuflyaj geyinmiş üç naməlum şəxs insanlara atəş açıb.
 
"Baza" teleqram kanalının yaydığı məlumata əsasən, hadisə zamanı 12 nəfər ölüb, 35 nəfər isə yaralanıb.
 
Qeyd edək ki, "Crocus City Hall" azərbaycanlı iş adamı Araz Ağalarova məxsusdur.
 
Moskvada "Crocus City Hall" ticarət mərkəzində atəş açılıb.

Məlumata görə, üç naməlum şəxs obyektdə atəş açıb, yaralıların olduğu deyilir.

Ticarət mərkəzində yanğın baş verdiyi haqda da məlumat yayılıb. 

XeberTı
me.az  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ