SON DƏQİQƏ

İlham Əliyev gələn həftə Moskvaya GEDİR...

Tarix:19-04-2024, 21:26

Azərbaycan Prezidenti İlham Əliyev gələn həftə Rusiyaya səfər edəcək. 
XeberTıme.az   xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Səfər aprelin 22-də baş tutacaq. Rusiya Prezidenti Vladimir Putin İlham Əliyevlə danışıqlar aparacaq.
Danışqlar zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının əsas məsələlərinin nəzərdən keçirilməsi, habelə aktual regional məsələlər barədə ətraflı fikir mübadiləsinin aparılması planlaşdırılır.
 
Dövlət başçıları Baykal-Amur Magistralının tikintisinə başlanılmasının 50 illiyi münasibətilə dəmir yolu sənayesinin veteranları və işçiləri ilə görüşəcəklər. 

XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ