SON DƏQİQƏ

Xarkov atəşə tutuldu - 15 yaralı var

Tarix:6-05-2024, 00:26

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov şəhərinin Şevçenko rayonunu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb.
XeberTıme.az   Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Xarkov vilayət prokurorluğu məlumat yayıb.
Bildirilib ki, olayda 20 yaşayış binasına ziyan dəyib. Rusiya Silahlı Qüvvələri yaşayış məntəqəsinə UNPS D30-SN (unifikasiya edilmiş növlərarası planlı sursatı, 30 sm çaplı) ilə hücum edib. Ərazidə ümumilikdə üç zərbə qeydə alınıb.
Xatırladaq ki, hadisə mayın 5-i günorta baş verib. Daha əvvəl 10 nəfərin yaralandığı açıqlanmışdı.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ