SON DƏQİQƏ

Pakistanlı zəvvarlar İranda qəzaya düşdü - 35 ölü, 15 yaralı

Tarix:21-08-2024, 17:30

İranın Yəzd şəhərində avtobusun iştirakı ilə qəza baş verib. 
XeberTıme.az   "Kommersant"a istinadən xəbər verir ki, qəza nəticəsində 35 nəfər həlak olub, 15 nəfər isə ağır yaralanıb.

Pakistan Radiosunun məlumatına görə, avtobusda pakistanlı zəvvarlar olub. İlkin məlumata görə, qəzaya səbəb əyləcin sıradan çıxması olub. Avtobus Pakistandan İraqa gedirmiş.
 
Pakistan prezidenti Asif Əli Zərdari həlak olanlarla bağlı başsağlığı verib. O, Xarici İşlər Nazirliyinə həlak olanlara yardım göstərilməsi və həlak olanların meyitlərinin vətənlərinə çatdırılması ilə bağlı tapşırıqlar verib.  

XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ