Kremlin mətbuat xidməti Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı barədə məlumat yayıb.
“Rusiya tərəfinin Ermənistan və Azərbaycana sülh müqaviləsinin hazırlanmasında, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin təşviqində, o cümlədən nəqliyyat və logistika əlaqələrinin qarşısının alınmasında yardım göstərməyə davam etməyə hazır olduğu təsdiqlənib”, - deyə Kremlin mətbuat xidmətindən bildirilib.
Mətbuat xidməti əlavə edib ki, ikitərəfli gündəliyə dair fikir mübadiləsi aparılarkən tərəflər ticari-iqtisadi qarşılıqlı fəaliyyətin müsbət dinamikasını qeyd ediblər.
***
Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
XeberTıme.az xəbər verir ki, məlumatı Ermənistan hökuməti yayıb.
Rusiya prezidenti Ermənistanın baş nazirinə ötən həftə Azərbaycana səfərinin təəssüratları barədə məlumat verib.
Paşinyan prezident Putinə təşəkkür edib.
Tərəflər Ermənistan-Rusiya ikitərəfli gündəliyinin məsələlərini müzakirə etmək üçün görüşmək barədə razılığa gəliblər.
Qeyd edək ki, Putin 18-19 avqust tarixlərində Azərbaycanda səfərdə olub.
XeberTıme.az