SON DƏQİQƏ

İdmançılarımız Qol güləşi üzrə 45-ci rəsmi Dünya Çempionatında 5 medal qazanıblar- FOTOLAR

Tarix:25-08-2024, 02:26

Dünya Armrestlinq Federasiyasının təşkilatçılığı ilə 15-24 avqust 2024-cü il tarixlərində Moldovanın Kişinyov şəhərində keçirilən Qol güləşi üzrə 45-ci rəsmi Dünya Çempionatı başa çatdı. Azərbaycan Qol Güləşi Federasiyasının idmançıları ölkəmizi bu çempionatda Milli yığma komandanın təkibində 7 nəfər idmançı və 1 nəfər nümayəndədən ibarət heyətlə təmsil ediblər. Gənc qol güləşçilərimiz 45-ci rəsmi dünya çempionatında çıxışlarını 2 qızıl, bir gümüş və 2 bürünc olmaqla ümumilikdə 5 medalla başa vurublar. İdmançılarımızdan Əli Abbasov hər iki qolda qızıl, Said Mustafazadə sağ qolda gümüş və Rüfət Mustafayev hər iki qolda bürünc medallara layiq görülüblər. Medalçılarımızı ürəkdən təbrik edirik!
Qeyd edək ki, Milli yığma komandamızın üzvlərinin dünya çempionatında iştirak edə bilmələri üçün tələb olunan məbləği AQGF-nın prezidenti Cəsarət Əhmədov öz şəxsi vəsaitlərindən ödəyib.  

 

XeberTıme.az  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ