İranın Cənubi Xorasan ostanındakı Təbas kömür mədənində qaz partlayışında 30 nəfər ölüb, 17 nəfər yaralanıb.
XeberTıme.az xəbər verir ki, bu barədə Qızıl Aypara Cəmiyyətinin sədri bildirib.
Onun sözlərinə görə, 22 nəfərin axtarışları hələ də davam edir.
Xəsarət alan 17 nəfər xəstəxanaya yerləşdirilib.
Qəzaya “Mədənci” şirkəti tərəfindən idarə olunan mədənin B və C bloklarında metan qazının partlaması səbəb olub.
Partlayış zamanı bloklardakı işçilərin ümumi sayının 69 nəfər olduğu bildirilib.
***
10:05
İranın şərqindəki Cənubi Xorasan əyalətinin Tabas şəhərində kömür mədənində baş verən partlayışda azı 19 nəfər ölüb.
XeberTıme.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə regionun böhranla mübarizə departamentinin baş direktoru Məhəmməd Əli Axundi məlumat verib.
Onun sözlərinə görə, partlayışda 17 nəfər xəsarət alıb: “Partlayış zamanı Tabas kömür mədəninin C və B bloklarında 69 fəhlə işləyirmiş. Partlayışdan sonra yanğın olmayıb.
Mədənin 250 m dərinliyində partlayışa səbəb tunellərdə metan qazının cəmləşməsi olub. Hazırda xilasetmə işləri hər biri beş nəfərdən ibarət səkkiz ixtisaslaşdırılmış qrup tərəfindən həyata keçirilir”.
XeberTıme.az