İstanbulda Cənubi Qafqaz üzrə Regional Əməkdaşlıq Platformasının (3+3) üçüncü iclası keçirilir.
XeberTıme.az xəbər verir ki, iclasda Türkiyə, Azərbaycan, Rusiya, Ermənistan və İranın XİN rəhbərləri Hakan Fidan, Ceyhun Bayramov, Sergey Lavrov, Ararat Mirzoyan və Abbas Arakçi iştirak edirlər.
İclasda bölgədə müharibə və qarşıdurmaların əvəzinə, sabitliyin təmin edilməsi və rifahın yüksəldilməsi məqsədilə atıla biləcək addımlar, regional əlaqələrin gücləndirilməsi istiqamətində konkret əməkdaşlıq layihələri müzakirə olunacaq, aktual regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.
Mediaya qapalı keçən görüşün sonunda mətbuata açıqlama veriləcək.
Toplantı çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğan iclas iştirakçılarını qəbul edəcək. Hakan Fidanın isə həmkarları ilə ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.
XeberTıme.az