SON DƏQİQƏ

Teymur Rəcəbov Levon Aronyanla növbəti dueldə qarşılaşacaq

Tarix:29-01-2021, 02:02

Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Opera Euro Rapid” turnirində iştirak edəcək. 
XeberTıme.az  xəbər verir ki,  qrossmeysterimiz yarışa qatılacaq 16 şahmatçı arasında yer alıb. “Champions Chess Tour” çərçivəsində baş tutacaq turnirin mükafat fondu 100 min ABŞ dollarıdır. 6-14 fevral tarixlərində keçiriləcək yarışda təmsilçimiz son vaxtlarda bir neçə dəfə məğlub etdiyi erməni Levon Aronyanla növbəti duelə çıxacaq. 
Qeyd edək ki, əvvəlcə dairəvi sistemlə mübarizə aparacaq şahmatçılardan səkkizi nokaut sistemi ilə qalibi müəyyənləşdirəcək. Birinci yerin sahibi 30 min dollar qazanacaq.
 

 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ