SON DƏQİQƏ

Avropa Liqası: "Qarabağ" FCSB klubuna məğlub olaraq pley-off şansını itirib

Tarix:24-01-2025, 00:08

"Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda Rumıniyanın FCSB komandasına məğlub olub.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda meydan sahibləri 2:3 hesabı ilə uduzublar.
Qeyd edək ki, 3 xalı olan Azərbaycan çempionu Avropa Liqasının Liqa mərhələsinin başa çaçtmasına bir tur qalmış pley-offa yüksəlmək şansını itirib.

Komandalar meydana aşağıdakı heyətlə çıxıblar:
"Qarabağ": Fabian Buntiç, Bəhlul Mustafazadə, Mateus Silva, Kevin Medina, Elvin Cəfərquliyev, Julio Romao, Yankoviç, Leandro Andrade, Aleksey Kaşuk, Abdullah Zubir, Nəriman Axundzadə.

FCSB: Ştefan Tırnovanu, Radunoviç, Dava Coyskim, Siyabonqa Nqezana, Valentin Kreçu, Adrian Şut, Baba Alhassan, Marius Ştefenesku, Florin Tanase, David Mikelesku, Daniel Birlidca.

XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ