SON DƏQİQƏ

Dünyanın ən yaxşı restoranlarının REYTİNQİ

Tarix:Bu gün, 06:40

Perunun paytaxtında yerləşən "Maido" restoranı "Dünyanın 50 ən yaxşı restoranı" illik reytinqində birinci yeri tutub.
XeberTıme.az xəbər verir ki, bu barədə interfax.ru məlumat verib.
"Maido" 2009-cu ildə Limada açılıb, yerli və yapon mətbəxi üzrə ixtisaslaşıb. Restoranın aşpazı yaponəsilli perulu Mitsuharu Tsumuradır.





Ardıcıl olaraq ikinci il ikinci yeri 2009-cu ildən bəri yalnız bir dəfə reytinqə daxil edilməyən ispan restoranı "Asador Extebarri" tutub.



Üçüncü yeri Meksika "Quintonil", dördüncü yeri Madriddə "Divertxo", beşinci yeri isə Kopenhagendə "Alchemist" restoranı tutub.




İlk 10-luğa həmçinin iki Asiya restoranı (Tailandda "Gaggan" və Tokioda "Sezanne"), aşpaz Brüno Verjüsun "Table" fransız restoranı və Latın Amerikasından daha iki müəssisə (Peruda "Kjolle" və Argentinada "Don Julio") daxil olub.

XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ