SON DƏQİQƏ

Pakistanda helikopter qəzası: Ölənlər var

Tarix:15-08-2025, 21:46

Pakistanda humanitar yardım daşıyan helikopter qəzaya uğrayıb.
XeberTıme.az-ın "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Hayber-Paxtunxva əyalətinin rəhbəri Əli Amin Qandapur deyib.
Onun sözlərinə görə, "Mi-17" helikopteri pis hava şəraiti səbəbindən qəzaya uğrayıb.
Bildirilir ki, qəza nəticəsində ekipajın bütün üzvləri - ikisi pilot olmaqla beş nəfər həlak olub.
Əyalət rəhbəri əlavə edib ki, bölgədə matəm elan olunub. 

XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ