Çində tikintisi 18 ildir davam edən və 596 metr hündürlüyü ilə dünyanın ən hündür binalarından biri olacağı gözlənilən "Goldin Finance 117" göydələnində işlər başa çatmaq üzrədir.
XeberTıme.az xəbər verir ki, bu barədə "Newsweek" nəşri məlumat yayıb.
"Ginnesin Rekordlar Kitabı"na əsasən, Tyantszin şəhərində ucalan bu göydələn dünyanın ən hündür yaşayış olmayan (boş) binasıdır. Martın sonlarında inşaatçılar binanın zirvəsində 7.6 tonluq rombvari tacın quraşdırılmasına başlayıblar. Bu, ötən ilin aprelində tikintinin bərpasından sonra ən əhəmiyyətli mərhələ hesab olunur.
XeberTıme.az