SON DƏQİQƏ

ÇL: "Barselona" və "Liverpul" turnirlə vidalaşdı

Tarix:15-04-2026, 08:52

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk iştirakçıları bəlli olub.
XeberTıme.az  xəbər verir 1/4 final mərhələsinin cavab görüşlərində iki qarşılaşma keçirilib.
Əvvəlcə İngiltərənin "Liverpul" klubu PSJ-ni sınağa çəkib. Ötən oyunda olduğu kimi bu matçda da rəqibinə 0:2 (ümumi hesab 0:4) hesabı ilə uduzan"mersisaydlar" turnirlə vidalaşıb.
İspaniya klublarının duelində "Atletiko" öz meydanında "Barselona"ya məğlub olub: - 1-2. Xatırladaq ki, Madrid təmsilçisi səfərdəki ilk matçda rəqibini 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, 1/4 final mərhələsinə bu gün yekun vurulacaq. 

XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ