SON DƏQİQƏ

Şəhriyar Məmmədyarov Levon Aronyan üzərində inamlı qələbə qazanıb

Tarix:13-03-2021, 22:43

Martın 13-də dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn şahmat seriyasının dördüncü mərhələsi - "Meltvater" turniri start götürüb.
XeberTıme.az bildirir ki, birinci turda qara fiqurlarla oynayan Şəhriyar Məmmədyarov ermənistanlı Levon Aronyanı məğlub edib. Ş.Məmmədyarovun növbəti turda rəqibi Rusiya təmsilçisi Daniil Dubov olacaq.
Digər şahmatçımız Teymur Rəcəbov birinci turda niderlandlı Aniş Giri ilə heç-heçə edib. Növbəti qarşılaşmada təmsilçimiz argentinalı Alan Piçot ilə qarşılaşacaq.
Martın 21-dək davam edəcək yarışda 16 şahmatçı mübarizə aparır.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ