SON DƏQİQƏ

Mehriban Əliyevanın Cəbrayıldan paylaşdığı görüntü

Tarix:27-04-2021, 23:52

Azərbaycan prezidenti İlham Əliyevlə birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər.
XeberTıme.az  xəbər verir ki, Mehriban Əliyeva Cəbrayıldan foto və videogörüntülər paylaşıb.
M.Əliyeva “Instagram” hesabından paylaşdığı Cəbrayıl rayonunun girişi ilə bağlı fotonu paylaşaraq bunları qeyd edib:
“Əziz həmvətənlər,
İşğaldan azad olunmuş rayonlarımıza səfərlərimiz davam edir. Bu gün biz yenidən Cəbrayıl və Zəngilan rayonlarında olduq. Böyük məmnuniyyətlə səfərimizin görüntülərini sizinlə paylaşıram.
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ