SON DƏQİQƏ

Azərbaycanda koronavirusdan ölənlərin sayı yenidən artdı - FOTO

Tarix:28-04-2021, 18:21

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1402 yeni yoluxma faktı qeydə alınıb, 2238 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 316 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 285 024 nəfər müalicə olunaraq sağalıb, 4 461 nəfər vəfat edib.
Aktiv xəstə sayı isə 27 036 nəfər olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 194, bu günə qədər isə ümumilikdə 3 218 111 test icra olunub.
Qeyd edək ki, ötən sutka ərzində 27 nəfər koronavirusdan vəfat etmişdi.


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ