SON DƏQİQƏ

“Azəriqaz”dan mexaniki sayğaclarla bağlı YENİLİK - RƏSMİ

Tarix:28-04-2021, 18:34

“Sonradan ödənişli (mexaniki) sayğaclara stasionar terminallar vasitəsilə deyil, eyni zamanda mobil telefonlar vasitəsilə də ödəniş etmək mümkün olacaq”.
XeberTıme.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev məlumat verib.
Onun sözlərinə görə, bu layihənin yaxın zamanlarda reallaşdırılması gözlənilir. Birliyin baş direktoru növbəti dövrdə reallaşacaq proseslərdən danışarkən əlavə edib ki, 30 aprel tarixində “Azəriqaz”ın İctimai Şurasının seçkiləri baş tutacaq. O qeyd edib ki, şuranın təsis edilməsi birliyin gələcək fəaliyyətini daha şəffaf şəkildə qurmağa köməkçi olacaq.
Ruslan Əliyev yaxın zamanda qazın sərfiyata görə qiymətinin necə dəyişəcəyi ilə bağlı məsələyə də münasibət bildirib və vurğulayıb ki, bu mövzu hazırda aktual deyil.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ