SON DƏQİQƏ

Türkiyədə şeir antologiyası çap olunub

Tarix:30-04-2021, 11:15

Türkiyənin Sivas şəhərində hər il şairlərin şeirlərindən ibarət antologiya çap olunur .  Antologiya Türkiyə və dünyada yaşayan , eləcə də İraq, Kərkük, Ərbil şairləri ilə yanaşı , Azərbaycanda yaşayan , yazıb yaradan  25 nəfər şairlərin şeirləri də  toplanmışdır. Kitab çap olunsa da,  pandemiya ilə əlaqədar yollar bağlı olduğu üçün Sivasda keçiriləcək möhtəşəm  tədbirə hələ qatıla bilməsək də nümunə olaraq bir kitab əldə edə bildik. və Rauf İlyasoğlunun təklifi ilə  qərara gəldik ki, ilk görüşümüzü görkəmli sənətkarımız , Azərbaycanın xalq artisti, kinorejissor, professor, şair, rəssam, aktyor  Ramiz Əzizbəylinin mənzilində qeyd edək. Çünki, 3 ildir ki, sevimli sənətkarımız yataq xəstəsi olduğu üçün müqəddəs Ramazan ayında gözəl bir ailənin sevincinə rəng qatmaqla liftar süfrəsinə dəvət olunmağımizdan cox şərafətləndik.
Antologiyada Ramiz Əzizbəylinin  fəlsəfi şeirləri də çap olunmuşdur.
Rauf İlyasoğlu kitab haqqında geniş məlumat verərək başda  Türkiyənin xalq şairi Bəkir Alim başda olmaqla , İraqda yaşayan Əsəd Ərbilə və bütün yaradıcı kollektivə , xüsusən Azərbaycan üzrə təmsilci Aygün Hüseynə təşəkkürünü bildirdi.
Onu da bildirək ki, 100 dən çox şairlərin şeirləri antologiyada toplanmışdır. 
Sonra Rauf ilyasoğlu Ramiz Əzizbəylinin  bir neçə şeirini oxuyarkən görkəmli sənətkarın necə duyğulaniram  qürur hissi keçirdiyinin şahidi olduq.
Ramiz Əzizbəylinin ömür gün yoldaşı Zümrüd xanım  gözəl bir süfrə açaraq bir daha qonaqpərvərliyini göstərdi.
Bu müqəddəs Ramazan ayında Ramiz Əzizbəyliyə şəfa dilədik və Aygün Hüseyn  Kərbəladan gətirdiyi göz muncuğunu Ramiz Əzizbəyliyə hədiyyə etdi.
Ramiz müəllim Kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirdi və darıxıram, tez-  tez gəlin.İnşallh tam sağalım, siz dostları bir yerə yığaraq ziyafət təşkil edəcəyəm və Allah yolunda qurban kəsəcəyəm.
Aygün Hüseyn onu da bildirdi ki, yollar açılan kimi Sivasda keçiriləcək tədbirə qatılmaqla hər bir antologiyada şeirləri dərc olunmuş hər bir şairə kitab təqdim olunacaqdır.
Sonra xatirə şəkili çəkdirərək görkəmli sənətkara  uğurlar və can sağlığı arzuladiq.



Ailədə ziyarətdə  olduqda çəkdiyimiz video roliki sizə təqdim edirik. 



Rauf ilyasoğlu , 
Aygün Hüseyn .

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ