SON DƏQİQƏ

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlişi

Tarix:30-04-2021, 11:56

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Respublikamızın tanınmış vəkili Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra”  verlişi 01.05.2021-ci il tarixində həftənin şənbə günü saat 14:30-da canlı yayımda, verlişin təkrarı isə bazar günü saat 14:30-da "Dünya TV"-nin efirində nümayiş etdiriləcək. 
Bu dəfə "Qanun və İcra" verlişində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 36-40-cı maddələri, “Əməlin cinayət olmasını aradan qaldıran hallar” mövzusunu əhatə edən  fikir mübadiləsi aparılacaq. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaqdır. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişik:                         

1. Humay Qurbanova- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil. 
 
  

2. Vəfa Abdullayeva – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.  
 
 
3. Yeganə Telmanqızı - “XeberTıme.az” informasiya portalının rəhbəri, AJB-nin üzvü.                                                                                                                                                                                           
4. Fəxriyyə İsayeva –Teleaparıcı.                                                                                                                            


Yeganə Telmanqızı 
“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ