SON DƏQİQƏ

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlişi- FOTO\VİDEO

Tarix:1-05-2021, 23:47

“Qanun və İcra” verlişi hər şənbə günü saat 14:30-da, təkrarı isə hər bazar günü saat 14:30-da “Dünya TV”-nin efirində canlı olaraq yayımlanır. Bu dəfə "Qanun və İcra" verlişində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 36-40-cı maddələri, “Əməlin cinayət olmasını aradan qaldıran hallar” mövzusunu əhatə edən  fikir mübadiləsi aparıldı. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlandı, sonda isə verlişə ünvanlanmış suallar cavablandırdı.
Verlişdə mayor şəhid Anar Məmmədovun, şəhid Vüsal Allahverdiyevin və qazi  Vasif Allahverdiyevin keçdiyi döyüş yolundan söhbət açıldı.   
Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişdik:  

                    

1. Humay Qurbanova- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil. 


2. Vəfa Abdullayeva – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.  


 3. Yeganə Telmanqızı - “XeberTıme.az” informasiya portalının rəhbəri, AJB-nin üzvü.

                                                                                                                       
4. Fəxriyyə İsayeva –Teleaparıcı.  

 

Verlişin informasiya dəstəyi “XeberTıme.az” və “dünyatv.az” sayıtlarına məxsusdur. 


Sizlərə sayıtımız vasitəsi ilə verlişin videosunu təqdim edirik. 



Yeganə Telmanqızı 
“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ