SON DƏQİQƏ

Xatirələrə dönən anlar

Tarix:2-05-2021, 00:26

Bu tarixi şəkil sevimli sənətkarımız, kinorejisor, aktyor Ramiz Əzizbəylinin 70 illik yubileyi ilə əlaqədar xudmani bir məclisdə cəkilibdir.
Tədbirin təşkilatcisi Adəm xeyriyyə assosiasiyasının rəhbəri  gözəl qəlb sahibi Nicat Əsgərovdur. 
Tədbirin aparıcısı akademik, tarixçi alim mərhum Vəli Əliyev idi. 
Şair dostumuz, rəhmətlik Dəmir Gədəbəyli gözəl bir şeir söylədi.
Azad Şükürovun, Şirzad  Pirallahınin və bu sətirlərin müəllifinin  çıxışları da alqışlarla qarşılandı.
"Həkəri " qəzetinin xüsusi buraxılışı Ramiz Əzizbəyli yaradıcılığına həsr olunmuşdu.
Onu da qeyd edim ki, Heydər Əliyev Sarayında Ramiz Əzizbəylinin 70 illik yubileyi ilə bağlı möhtəşəm tədbirdə  nəfis tərtibatda rəngli formada çap olunmuş 1500  tiraj 
" Həkəri " qəzeti ramizsevərlərə hədiyyə olundu.
Bu şəkili Ramiz Əzizbəylinin arxivindən  özünün xəbəri olmadan əl telefonuma köçürərək  paylaşmaq qərarına gəldim.
Müqəddəs Ramazan ayında Ramiz müəllimə can sağlığı arzulayıram.

Allah xalqımızı, dövlətimizi qorusun.


Ayların sultanı gəlir 

Mərhəmətli ol, hər zaman, 
Aylarin sultani gəlir.
Kimsəsizə olma yaman, 
Ayların sultani gəlir.

Fitrə, zəkat ver, o ayı, 
Həm sədəqə, qurban payı.
Görsən bədirlənmiş ayı, 
Bil, Ramazan ayı gəlir.

Səcdə etmək nə ləzzətli, 
Hər kəs gülüzlü, izzətli.
On bir aydan fəzilətli, 
Ayların sultanı gəlir.

Quran nazil olan gündür, 
Cəbrayil hazir olan gundur, 
Peyğəmbərlik olan gundur, 
Ayların sultani gəlir 

Qədr gecəsi oyaq qal 
Quranı hər an yada sal
Kasibların qeydinə qal, 
Aylarin sultanı gəlir.

Oynama kafir oduyla ,
Şukr et Rəbbimin adıyla 
Peyğəmbərin get  yoluyla ,
Ayların sultani gəlir, 
Ramazan bayramı gəlir.

Rauf İlyasoğlu, 
29 aprel 2021

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ