SON DƏQİQƏ

Hər kəsin sevimli ünvanı - “LƏZİZ DAD”+ FOTO\VİDEO

Tarix:2-05-2021, 10:01

Sumqayıt şəhərində fəaliyyət göstərən “Ləziz Dad” şirniyyat evi hər kəsin zövqünə uyğun bir məkandır.               
Burada bişirilən cürəbə-cür şirniyyat növləri alıçıların zövqünə oxşayaraq onların süfrələrinin bəzəyi olub.  Şirniyyat evinin qonağı oldum. 2 mərtəbədən ibarət olan şirniyyat evinin birinci mərtəbəsində xəmirdən növbə-növ şürniyyatların   hazırlanması zalı, mətbəx, personalın yemək otağı, ikinci mərtəbəsində tortların bəzənməsi otağında ekoloji təmizliyi, ustaların gigiyena qaydalarına yüksək səviyyədə əməl etdiyini reallıqda gördüm. Əslən türk olan Ömər Solak ustanın bəzədiyi tortlar zövq oxşayır. 

“Ləziz Dad” şirniyyat evinin rəhbəri Polad Məmmədov bizimlə həmsöhbət oldu.                                                                        
- Yeganə xanım mən bu sahənin mütəxəsisiyəm. Bir müddət qardaş Türk respublikasında çalışmışam və bu sahəni orada daha mükəmməl öyrənmişəm. Yaşadığım Sumqayıt şəhərində belə bir şirniyyat evini açdım ki, alıcıların zövqünə oxşayaq. Burada bişirilən şirniyyatlar hər bir ağız dadına uyğundur. Çalışırıq ki, alıcılara yüksək xidmət göstərərək onların zövqünə oxşayaq. Məlumdur ki, Azərbaycan xalqım 30 ilə qədər işğal altında olan torpaqlarımızı azad etdi. Bizi birliyimiz qələbəyə apardı.  “Ləziz Dad” şirniyyat evinin azda olsa bu zəfərdə qatqısı oldu. Dəfələrlə cəbhəyə köməklik etdik. Cəbhədə əsgərlərimiz üçün şirniyyatlarımızdan yolladıq, tək şirniyyatla yox dərmanlarla, ərzaqla,cəbhədə əsgərə lazımi ləvəzımatlarla dəstək olduq. Qazilərimizə xəstəxanaya şirniyyat sovqatlarımızı göndərdik və bu misyanı hələdə davam etdiririk. Beləki, şəhidlərin, qazilərin, şəhid övladlarının doğum günlərində ailələrinə tort, şirniyyat sovqatımızı göndəririk.  

Polad müəllimin köməkçisi Vəfa Məmmədova bizə fikirlərini bildirdi:                                                                                      
- 2 ildir “Ləziz Dad” şirniyyat evi fəaliyyət göstərir. Bu illər ərzində çalışdığımız qədər alıcıların zövqünə, ağız dadına  uyğun şirniyyatlar bişirərək onlara təqdim edirik. Hər şeyin ən gözəlini, ən kefiyyətlisaini almağa çalışırıq ki, müştərilərimiz bizdən razı qalsın. Ümumilikdə  şirniyyat çeşidlərimiz çoxdur. 2 cür qoğal çeşidimiz, 2 çeşid smit, bulku çeşidləri cürəbə-cürədir. 35-ə yaxın peçenye çeşidlərimiz, türk şirniyyatlarından sütlac, profitrol, black forest, paxlava çeşidlərimizdən: kakoslu, badam, qozlu, fındıq, şokalad, türk paxlavalarımızın da çeşidləri çoxdur. 15 cürə tort çeşidlərimiz var: Sinikers,  Praqa, Black forest, Ballı, Napaleon, Meyvəli, Biskivit, Spartak, Abşeron və s. Əsasən müştərinin istəyinə baxırıq tort seçimində. Elə alıçılarımız var ki, satışda olmayan özəl şirniyyatlar, tortlar sifariş verir və hətdda necə yığılmasınıda deyir. Bizim təcrübəli  ustalarımız o şirniyyatları sevə-sevə bişirərirlər, lazımı qaydada bəzəyərək alıcıya təqdim edirlər.                                                                                           
Gələcək planlarınız nədi?                                                     

- Gələcək planlarınız böyükdür. Bundandan möhtəşəm “Ləziz Dad” şirniyyat   evinin yeni filialarını  açaraq alıçılarımıza təqdim edək. İnşallah bir filialımızıda Qarabağda açaçayıq.                                                                     

Alıcılarla sorğu keçirdim.  

Ələkbərova Safura bizə öz müsahibəsində bildirdi:                                                                            
- Burada bişirilən şirniyyatları bütün ailə üzvülərimiz sevir və ən əsasıda  xidmət səviyyəsindəndən razıyıq. Demək olar ki hər gün buradan şirniyyat alırıq. Ən çox sevdiyim şirniyyat növü simit, profitrol, black forest, piroqlardır. 

Heydərova Aynur fikirlərini bizimlə bölüşdü.                                                                             
- Ailə üzvülərimin, sevdiklərimin ad günlərində, özəl günlərində “Ləziz Dad” şirniyyat evinə sifarişlərimizi veririk və çox razıyıq. Burada bişirilən tortlar hər kəsin ağız dadına uyğundur. Zövqlü şirniyyatları övladlarım üçün alıram Yaxşiki şəhərimizdə belə bir şirniyyat evi fəaliyyət göstərir.                                                                 
Müəllifdən: Daima müştərisi olduğum şirniyyat evinin şirniyyatlarından, həm də yüksək xidmətindən olduqca razıyam. Burada bişirilən şirniyyat növləri gündəlik süfrəmizin bəzəyi olaraq həmdə  özəl günlərdə əzizlərimizə bağışlayacağımız ən gözəl hədiyyədir. Hər kəsin sevimli ünvanı – “LƏZİZ DAD”
Özəl və Ad günlərinizdə əzizlərinizi, yaxınlarınızı sevindirmək istəyirsizsə “Ləziz Dad” şirniyyat evinə müraciət edin.                                                                            

Ünvan: Sumqayıt şəhər 40-cı məhəllə Zəfəran aptekinin yanı. Əlaqə tel: 050 773 30 20  

Qeyri-adi bacarığa malik olan, biri-birindən gözəl tortların bəzək ustası Ömər Solakdan aldığım müsahibəni sizə təqdim edirəm. 


 

Yeganə Telmanqızı 
 “XeberTıme.az”                                                                                                                                                                          

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ