SON DƏQİQƏ

Şəhriyar Məmmədyarov Aronyana qalib gəldi

Tarix:3-05-2021, 09:17

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirində final mərhələsinin cavab oyunları keçirilir.
XeberTıme.az  xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov üçüncü yer uğrunda ermənistanlı Levon Aronyanla həlledici mərhələdə mübarizə aparıb.

Prinsipial görüş Ş.Məmmədyarovun qələbəsi ilə yekunlaşıb. Bununla da azərbaycanlı qrossmeyster üçüncu yerə sahib olub.

Qeyd edək ki, ümumi mükafat fondu 100 min ABŞ dolları olan “New In Chess Classic” turniri bu gün başa çatır. “Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir və 2021-ci ilin sentyabrınadək davam edəcək.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ