SON DƏQİQƏ

Mən onu Moskvadan tanıyıram

Tarix:3-05-2021, 09:21

Mən onu  Moskvadan tanıyıram 
Bu şəkil Ağdam şəhərində bəxtəvər vaxtlarımızda çəkilib.
Soldan Yerli radio verilişləri redaksiyasının redaktoru , yaxın qohumumuz, şair- jurnalist  Qamboy Əliyev, orta məktəbdə tarix müəllimim  Bəbir Hüseynov, İsa Bəylərov , sonrakı kişinin adı yadımdan çıxıb, ( adın öyrənərəm), hərbi formadaki zabit Ağdam şəhər  1 nömrəli orta  məktəbin hərbi müəllimi , qardaşım Vaqif Allahverdiyev və atam şair ,jurnalist İlyas Allahverdiyev. 
İlyas müəllim Laçın qarşında , qəzəllər və kitabında yazır ; Moskvada M .Qorki adına Dünya  Ədəbiyyatı  institutuna getmişdim. Əmim oğlu Qamboy həmin institutda oxuyurdu. Qarşıma bir Azərbaycanlı çıxdı . Adını soruşdum. Dedi ki, Şamaxıdanam, Rəşad Bəydəmirli.Qamboyu soruşdum. Bildirdi ki, Qamboy Əliyevlə yataqxanada bir yerdə qalırıq. 
Rəşad Bəydəmirli ilə 2004 cü ildə görüşdük.Atamin bir kitabını ona hədiyyə etdim. Şəkilə baxan kimi dedi. Mən İlyas müəllimi Moskvadan tanıyıram. Çox xəyala daldı.Sonra sözünə davam etdi;
İlyas müəllim mənə dedi ki, yataqxanada nə qədər Azərbaycanlı tələbə varsa,  yığışın Baki restoranına. Rəhmətlik bizə yaxşı bir qonaqlıq verdi və hər birimizə xərclik də verərək dedi. Mən " Kommunist " qəzetinin xüsusi muxbiriyəm.Aldiğim qonarar mənə artıqlamasıyla bəs edir.
Krokadil  jurnalı ilə də əməkdaşlıq edirəm. Siz tələbəsiniz. Bir-birinizdən muğayat olun.
Fikirləşirəm ki, o vaxtlar insanlar gözəl dolanardı.
(İndi isə nə qədər yazsan da, qonarar nədi, heç düz  sözə, sənətə qiymət verilirmi? Senzura yox dərəcəsində, Çox şair , yazıçı, dissertantlar bir birindən köçürür,  biri alim olur. digəri akademik olur.Generallarimizdakı,  nə qədər desən var).
Onu da qeyd edim ki, İlyas müəllim Ağdamda yaşayırdı. Şəhərimiz işğal olunsa da,   rayonun Quzanlı qəsəbəsindən çıxmır,  elə oradaca məskunlaşmışdı. Qış ayları Bakıya gələr , mənim darısqal da olsa evimizdə qalar, kitabını çap etdirirdi 
Qamboy dayı rəhmətə getmişdi.Bir gün atam Rəşad müəllimi evə dəvət etdi. Necə mehriban söhbətləşirdilər. Anam plov dəmləmişdi.
Rəşad müəllimi yola salarkən dedi Rauf, kişidən muğayat ol. Sonradan İlyas müəllimin bir kitabını çap etdirərkən Rəşad Bəydəmirlinin yazdığı ön sözdə başlıq belə adlanırdı" Mən onu Moskvadan tanıyıram." 
Bu günlərdə çap olunan şeirlər kitabımda Rəşad Bəydəmirli vəfat edərkən yazdığım şeiri də kitabıma daxil etmişəm. Oğlunu evləndirmək istəyirdi. Bəlkə də bu yazımı oxuyan bu şəkillərin müəllifləri məni axtarıb taparlar? 
Bu gün nə atam durur, nə Qamboy əmi, nə də Rəşad Bəydəmirli. 
85 yaşlı əməkdar jurnalist Bəbir Hüseynovu da Həkəri qəzetinə fəxri heyət üzvü olaraq  daxil etməklə köhnə kişiləri unutmuram.  
Unutsaq axı unudularıq .

Rauf İlyasoğlu

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ