SON DƏQİQƏ

Vətən müharibəsi iştirakçılarına veriləcək medallar - FOTOLAR

Tarix:2-12-2020, 09:48


Prezident İlham Əliyev Vətən müharibəsinin iştirakçılarına təqdim olunacaq medalların Əsasnamələri təsdiq edib.

XeberTıme.az  medalların fotolarını, taxılma qaydasını təqdim edir:
“Cəsur döyüşçü” medalı
“Cəsur döyüşçü” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması zamanı müstəqil və ya digər qoşun növləri ilə birlikdə strateji və ya xüsusi əhəmiyyətli ərazilərin tutulması üzrə döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, havada və yerdə düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.
“Cəsur döyüşçü” medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “İgidliyə görə” medalından sonra taxılır. “Cəsur döyüşçü” Azərbaycan Respublikasının medalı diametri 38 mm olan, bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş səkkizguşəli lövhədən ibarətdir.






“Suqovuşanın azad olunmasına görə” medalı

“Suqovuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif ediləcək.
“Suqovuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Döyüşdə fərqlənməyə görə” medalından sonra taxılır.
Şuşanın azad olunmasına görə” medalı
“Şuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.
Bu medal döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Qubadlının azad olunmasına görə” medalından sonra taxılır.




Laçının azad olunmasına görə” medalı
“Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.
Bu medal da döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Ağdamın azad olunmasına görə” medalından sonra taxılır.




Kəlbəcərin azad olunmasına görə” medalı
“Kəlbəcərin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif ediləcək.
Medal döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Şuşanın azad olunmasına görə” medalından sonra taxılır.


“Ağdamın azad olunmasına görə” medalı
“Ağdamın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.
Medal döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Kəlbəcərin azad olunmasına görə” medalından sonra taxılır.






Qubadlının azad olunmasına görə”
“Qubadlının azad olunmasına görə” medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Zəngilanın azad olunmasına görə” medalından sonra taxılır.







“Zəngilanın azad olunmasına görə”
“Zəngilanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Füzulinin azad olunmasına görə” medalından sonra taxılır.




“Füzulinin azad olunmasına görə”
“Füzulinin azad olunmasına görə” medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Xocavəndin azad olunmasına görə” medalından sonra taxılır.









“Cəbrayılın azad olunmasına görə”
Medal döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Suqovuşanın azad olunmasına görə” medalından sonra taxılır.



“Döyüşdə fərqlənməyə görə”
Bu medalı ilə döyüş şəraitində tapşırıqların icrası zamanı və həyat riski ilə əlaqəli xüsusi əməliyyatlar zamanı göstərilən fərqlilik, cəsarət və fədakarlıq, habelə döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsinə kömək edən bacarıqlı, təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş, eləcə də döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsi zamanı tabeçilikdə olan bölməyə peşəkarlıqla rəhbərlik etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.
“Döyüşdə fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Cəsur döyüşçü” medalından sonra taxılır.





FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ