SON DƏQİQƏ

Şəhid Elvin Novruzov yaşasaydı bu gün 20 yaşı tamam olurdu+ FOTOLAR\VİDEO

Tarix:4-05-2021, 01:41

Şəhid ucalığına yüksələn Şəhid Elvin Novruzovun doğum günündə Sumqayıt şəhəri 18 mikrorayon ərazisində şəhidin adını daşıyan bulaq kompleksi açıldı.  
Açılış mərasimində şəhidin ailə üzvüləri, yaxınları, şəhid ailələri, şəhər rəsmiləri və media işçiləri, Qarabağ qaziləri,  şəhər sakinləri iştirak edirdi. Əvvəlcə ailə üzvülərinin iştirakı ilə bulağın açılışı oldu. Sonra şəhidin ailə üzvüləri, döyüş yoldaşı onun keçdiyi şərəfli döyüş yolundan danışdılar və şəhidimizin xatirəsi ehtiramla yad olundu.                              
“Ümüd Xeyriyyə Cəmiyyəti” və “XeberTıme.az” informasiya portalı adındından şəhidin anası Gülşən Novruzovaya “Şərəfli Ana” təltifi, şəhidimizin şəkillərini əks etdirən stend bağışlandı. Sonra Sumqayıt şəhər Cümə məscidinin axundu Hacı Rauf Sərdarov şəhidlik məqamından danışdı və şəhidlərin ruhuna dualar oxudu. Hacı Rauf Sərdarov şəhər icra nümayəndəliyi adından və  öz adından şəhidin ailəsinə foto-stend təqdim etdi.                                  

Xatırladaq ki, Novruzov Elvin Ziyafət oğlu 3 may 2001-ci ildə Sumqayıt şəhərində zəhmətkeş, sadə ailədə dünyaya gəlmişdir. İlk orta təhsilini 2007-2018-ci illərdə Sumqayıt şəhər T.İsmayılov adına 29 saylı tam orta məktəbdə almışdır. 2019-cı il 21 iyulda həqiqi hərbi xidmətə yola düşür. Xidmətinə Ağcabədi rayonunda yerləşən hərbi hissələrin birində başlayan Elvin Novruzov manqa komandiri vəzifəsinə kimi yüksəlir.                                                                    
2020-ci il 27 sentyabr ordumuzun əks-hucumu başladıqdan sonra Elvin Fizulinin, Cəbrayilın, Qubadlının   işğalçı erməni quldurlarından azad olunmasında, uğurlu   döyüş əməliyyatlarında fəal   iştirak etmışdir.                                
21 oktyabr...Qubadlının azadlığı uğrunda gedən ağır döyüşdə 19 yaşında şəhidlik zirvəsinə ucalır. 23 oktyabr Sumqayıt Şəhidlər Xiyabanında canı qədər sevdiyi torpağa tapşırılır.             
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Azərbaycan ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə döyüş əməliyyatlarını layiqincə yerinə yetirən və xüsusi igidlik göstərən  Silahlı Qüvvələrinin əsgəri Novruzov Elvin Ziyafət oğlunu ölümündən sonra “Vətən uğrunda” medalı, “Qubadlının azad olunmasına görə”medalı, “Cəbrayılın azad olunmasına görə” medalı  ilə təltif etmişdir.                                                                            
İftar süfrəsində şəhidin adına ehsan verildi.  
Şəkillərə görə Əli Əliyevə və Gulşən Quliyevaya təşəkkürümüzü bildiririk. 

Yeni yaşın mübarək şəhid qardaşım!
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı 
“XeberTıme.az”






                                                                                                                                                                          

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ