SON DƏQİQƏ

“Həkəri” qəzetinin növbəti buraxılışı işıq üzü gördü- FOTO

Tarix:10-05-2021, 00:57

Qəzetin növbəti buraxılışı 8 səhifədən ibarətdir. 
Prezident İlham Əliyevin Cəbrayıl və Zəngilan səfərindən, ,Rauf İlyasoğlunun  ictimai siyasi dövlət xadimi Zöhrab Məmmədovun şərəfli ömür yoluna həsr olunmuş  “Qəlblərdə yaşayan insan” məqaləsi. Yeganə Telmanqızının şəhid Vüsal Allahverdiyev “Vətən uğrunda şəhid olmaq qədər dadlı və şərəfli ölüm varmı?”  və şəhid Hüseyn Yusifov “Rahat yat yurdumun şəhid oğlu”matrealları. “Həkəri” qəzetinin baş redaktoru Rauf İlyasoğlunun Xalq artisti, hamımızın sevimlisi Ramiz Əzizbəyliyə həsr etdiyi “Sənətkara xalq məhəbbəti”, “Türkiyədə şeir antologiyası cap olunub”, “Xatirələrə dönən anlar”, “Mövlud günündə iftar süfrəsi, “Acılı, şirinli taleyim mənim”, “Vətən qeyrətli oğulları ilə qürur duyur” yazıları.                                        
Bilman İsaqın  Məmməd Cəfərov- “Daha bir tanınmış şəxs infarktdan  dünyasını dəyişdi”, “Musa  Yaqub vəfat etdi”, görkəmli qələm ustası İlyas Allahverdiyevin “Yolda qalan izlər” kitabından parçalar, AYB-nin üzvü Rauf İlyasoğlunun “Mən onu Moskvadan tanıyırdım” adlı matrealları, AJB-nin üzvü Yeganə Telmanqızının qarmon ifaçısı Rafail Həsənzadəyə həsr etdiyi “Görkəmli qarmon ifaçısı haqq dünyasına qovuşdu”  və “Qardaş Ölkələr” foto-sərgisi yazıları,  ilahiyyəçi-publisist Hacı Hasan Hüseyni “Nizami Gəncəvi yaradıçılığında Rəsuli-Əkrəmin (s) Meracı, “Fitr bayramı” Süleyman Rəhimov-100 “Söz mülkünün Süleymanı”, matrealları, Yusif Qurbanovun şəhid Xudayar Yusifzadəyə həsr etdiyi yazısı və şeirləri  işıq üzü gördü.  
Rauf İlyasoğlunun, Sabir Məmmədovun, Vüqar Nakamın, Hacı Arif Sərrafın, Şahbaz Mirzəyevin, Maqsud Qobustanlının şeirləri işıq üzü görüb. Baş redaktor şair-publisist Rauf İlyasoğlu “Həkəri” qəzetinin xüsusi müxbiri, Qızıl Qələm media mükafatçısı Gəray Ağbulaqlının “Ömür səhifələri” kitabının “Acılı, şirinli taleyim mənim” adlı bölməsini oxuyandan sonra duyğulanaraq gözəl bir matreal yazıb qəzetdə dərc etdirmişdir.                                              

“Arazın o tayından əsintilər” adlı səhifədə Aydın Təbrizlinin, Əkbər Səftərinin, Əlsəddin Elşən Seyidzadənin, Nazlı Həcəlının, Solmaz Şirvanlının, Şəhla Xəlilqızının yazıları dərc olunub.   
Xatirladaq ki, “Həkəri” qəzeti 18 ildir işıq üzü görür və respublikada ən cox oxunuan qəzetlər sırasındadır və 8 səhifədən ibrətdir. Qazetin baş redaktoru Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist  Rauf İlyasoğludur.                                                                                 
Ayda bir dəfə çap olunan " Həkəri " qəzeti  mətbuat , kitabxana və mədəniyyət işçiləri, arasında, AYB də, AJB də, işğaldan azad olunmuş rayon sakinləri arasında, eyni zamanda  Respublikamızın  müxtəlif bölgələrində  səhidlərimizin ruhuna xatir  pulsuz yayımlanır.             
Hər bir izləyicimizi qəzetimizin növbəti buraxılışını oxumağa dəvət edirik. 

Yeganə Telmanqızı 
 “XeberTıme.az”  



                                                          

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ