SON DƏQİQƏ

Qələbə Günü+ FOTOLAR

Tarix:11-05-2021, 00:17

Azərkitab - Kitab Təbliğatı Mərkəzi Mətbuat Şurası ilə birgə Ümumilli Lider Heydər Əliyevin 98 illiyi, "Azərkitab"ın 4 ili və 9 may "Qələbə Günü"nə həsr olunmuş tədbir baş tutdu.Tədbir karantin qaydalarına uyğun olaraq onlayn formatda keçirilmişdir.
XeberTıme.az  xəbər verir ki, tədbirdə ölkəmizin ziyalıları - Bakı Dövlət Universitetinin kafedra müdiri, professor İradə Hüseynova, millət vəkili Aydın Hüseynov, Mətbuat Şurasının Sədri Əflatun Amaşov, yazıçı Elxan Elatlı , Azərbaycan Rəssamlar İttifaqının üzvləri, rəssam, sərgi-tədbir təşkilatçıları Elnurə və Aygün İsgəndərovalar, 
Kuzey Kıbrıs Türk Cumhuriyeti Bakü Temsilciliğinin, Eğitim ve Kültür ateşesi, Tevfik Ulual, 
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digər qonaqlar iştirak etmişlər.
Tədbiri giriş sözü ilə "Azərkitab"ın layihə rəhbəri Sabir Həsənov açmış və H.Əliyevin şərəfli həyat yolundan, zəngin irsindən və misilsiz xidmətlərindən danışmışdır.  MŞ sədri Əflatun Amaşov Heydər Əliyevi medianın gücündən məharətlə istifadə etməyi bacaran siyasi lider və şəxsiyyət kimi səciyyələndirən cəhətlərə toxunub . O bildirib ki , özünün bütün həyatını Azərbaycanın tərəqqisinə , vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğuna həsr etmiş Ulu öndər jurnalistikaya hər zaman yüksək dəyər verib . Onun jurnalistlərlə təmasları , ayrı - ayrı görüşləri , müsahibələri özlüyündə tarixdir. M.Ş sədri Əflatun Amaşov müəllifi olduğu  Heydər Əliyevin media dərsləri  kitabında əsasən bu məqamlara diqqət yetirilib.
Həmçinin tədbirdə iştirak edən qonaqlar da H.Əliyevlə bağlı maraqlı xatirələrə toxunmuş və eyni zamanda Qələbə Gününün bizim şərəfli tariximiz olduğunu qeyd etdikdən sonra "Azərkitab"ın  4 illik fəaliyyətini yüksək qiymətləndirdiklərini bildirmişlər.
Videokonfrans zamanı həm də Ümumilli Lider H.Əliyevə həsr olunmuş videoçarx da nümayiş olunmuşdur.
Eyni zamanda video konfrans zamanı 10 təhsil müəssisəsində 200 yaxın tələbə və gənclər iştirak edirdi.

Xüsusi müxbir: Aygün Oqtay


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ