SON DƏQİQƏ

Dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasinin 98- ci il dönümü

Tarix:12-05-2021, 12:10

ADPU - nin Tələbə gənclər təşkilati  tərəfindən dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin anadan olmasınin 98- ci il dönümü ilə əlaqədar  Zoom proqramı ilə möhtəşəm tədbir keçirilmişdir.Alimlərin, müharibə veteranlarının, dövlət qulluqçusu təqaüdçülərinin ,  media nümayəndələrinin iştirakı ilə keçirilmiş 
tədbiri 
Universitetin 
ictimaiyyətlə əlaqələr üzrə  iş şöbənin əməkdaşları açdılar. 
ADPU - nin elmi işlər üzrə  prorektoru Asəf Zamanov dahi şəxsiyyət Heydər Əliyevin misilsiz fəaliyyətindən, əvəzsiz xidmətlərindən söhbət açdı.
Alyans Xüsusi Xidmət Orqanları Veteranlar İctimai Birliyinin sədri, uzun illər Milli Təhlükəsizlik Komitəsində məsul vəzifələrdə işləmiş, DTX- nin fəxri cekisti  polkovnik , 86 yaşlı ziyalımiz Şamil Süleymanov ulu öndər Heydər Əliyevin Milli Təhlükəsizlik Komitəsinə rəhbərlik etdiyi dövrdə , eləcə də dahi şəxsiyyətin Azərbaycan KP MK - nin birinci katibi olduğu dövrdə   gördüyü səmərəli fəaliyyətindən, uzaqgörən siyasətçinin misilsiz xidmətlərindən, dərin biliyə malik rəhbərin yüksək təşkilatçılıq bacarığından iftıxarla söhbət açdı.
Şamil Süleymanov  bildirdi ki, Heydər Əliyev Komitəyə rəhbərlik etdiyi dövrdə məni qəbul edərkən 2 saatdan çox söhbətimiz oldu. O mənim orta məktəbdə oxuduğum illərdən suallar verərək bildirdi: Beriya komitəyə əcnəbi millətlərdən  vaxtılə yığıb.
Əksəriyyəti də qocalardir. Səni o şöbəyə rəhbər təyin edirəm. Həmin qocaları işdən azad elə, cavanlarla da söhbət apar, hansı yaralıdirsa, onlarla işini qur. 
Heydər Əliyev mənim hansı kitablar oxumağımla da maraqlanaraq  kadrların seçilməsinə  çox diqqət və tələbkarliqla yanaşırdı.
Heydər Əliyevin oğlu İlham Əliyev atasınin  uğurlu siyasətini davam etdirərək 44 günlük müharibəni qələbəylə başa çatdırdı. Mən şəxsən 50 min manat pulumu Milli ordumuzun hesabina keçirdmişdim .  Ali Başa Komandanımızı. bu qələbə münasibəti ilə  təbrik edirəm.
Uzun illər Sərhəd qoşunlarında rəhbər vəzifələrdə ləyaqətlə çalışmış , ehtiyatda olan polkovnik Sücəddin Abdullayev Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə komsomol məktəbi keçdiyini, dəfələrlə dahi şəxsiyyətin məntiqli çıxışlarına qulaq asaraq qürur hissi keçirdiyini bildirdi.
" Həkəri " qəzetinin baş redaktoru, şair- publisist Rauf İlyasoğlu  ensiklopedik yaddaşa malik dahi şəxsiyyətin titanik fəaliyyətindən iftixarla danışdı və sonra kövrələrək dedi; Bu gun ata - baba yurdum Qubadlı , doğulduğum Ağdam şəhəri düşmən taptağindan azad olunub.
Bu qələbənin qazanılmasında Ali Baş Komandanımıza, eləcə də  şanlı ordumuzun döyüşçülərinə təşəkkürümüzü bildiriri şəhidlərimizə, qazilərimizi, igid əsgər və zabitlərimizə borcluyuq. İkinci qrup əlil olaraq bildirirəm ki, Qarabağda baş vermiş müharibə, erməni quldurlarının işğalçılıq hərəkətləri, vandalizmi  bizi çox sarsıtdı.  1990-94  ci illərdə  ərazi bütövlüyümüzü qoruyarkən 20 mindən çox  şəhidlər  verdik. Bizim ailə də bu ağrılara  məhrumiyyətlərə  düçar olunduq. Necə -necə dogmalarimiz, əzizlərimiz şəhid oldu. 
2020 ci ildə 44 günlük müharibədə qardaşım oğlu xüsusi təyinatlı dəstənin çavuşu  Asiman Niyaz oğlu da  igidliklər göstərərək  Füzuli və Cəbrayılın azad olunmasında qəhrəmanlıqlar göstərərək şəhidlik üzirvəsinə ucaldı 3 mindən çox şəhid verdik.200 il ərzində ilk dəfə olaraq Ali Baş Komandanımız,  Azərbaycan Prezidenti İlham Əliyevin sərkərdəlik bacarığı sayəsində igid döyüşçülərimiz erməni quldurlarını 28 il əvvəl   işğal etdikləri ərazilərimizdən iti qovan kimi qovdular.
Çıxış edənlər ulu öndər Heydər Əliyevin misilsiz fəaliyyətindən iftixarla söhbət açdılar..
Tədbir iştirakçılarına Həkəri' qəzetini növbəti nüsxəsi  təqdim olundu.
Rauf İlyasoğlu


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ