SON DƏQİQƏ

Quranın Ə ' raf surəsini oxuyarkən

Tarix:13-05-2021, 09:13

Rauf İlyasoğlu yaradıçılğından bir inci. 
Quranın Ə ' raf surəsini oxuyarkən 

Tövrat , İncil,Quran Allah kəlamı,
Rəbbimin önündə  hər an diz çökün.
Haram yol tutanlar gözlər bəlanı,
Yaxşıya əmr et, pis işdən çəkin! 

Allah buyurdu ki , ey Musa ,  bilsin, 
Səni insanlardan üstün tutmuşam.
Tövratı qövmünə əmr et , öyrənsin, 
Hidayət yolunu unutmamısan.

Fironçular azdı yolunu hərgah,
Onlar inkar edib şəkk gətirdilər, 
Hər gizli mətləbdən Rəbbimdir agah, 
Zalımlar məzlumu qətl etdilər.

Bizim ayələri yalan sayanlar, 
Əməlləri batil, puç olacaqlar.
Lal bütü, heykəli Allah sayanlar, 
Cəhənnəm oduna  qalanacaqlar.

Bizi həm  yuxlardan, həm də oyadan, 
Göylərin, yerlərin hakimi Rəbbim.
Yoxdur başqa məbud, Odur Yaradan, 
Öldürən, dirildən uca Həbibim.

Yaqubun on iki nəvələrini, 
Böldük biz on iki qəbilələrə, 
İstədi Musadan, suyu hər biri, 
Allah qəbul etdi tovbələrini .

Musa əsasını vurarkən daşa, 
Qaynadı o yerdən on iki çeşmə.
Qızmar gündə bulud keçmişdi başa, 
Təmiz , pak ruzidən ayırdıq seçmə .

İbadət etməyən o zalımları, 
Çəkdik imtahana, bəlkə ayıla.
Rəbbim yaradıbdır o aləmləri,
lİnsan əməliylə bəlkə sayıla? 

Tanrı  bagışlayan, həm )rəhmlidir, 
Ağır əzab verər kafir kəslərə.
Təqvalı olanlar mərhəmətlidir, 
Onlar qulaq asmaz azgın səslərə.

Rəbbim yaratmışdir cənnət, cəhənnəm.
İnsanların çoxu cəhənnəmlikdır.
Batil,puç yoluyla çünki gedirlər, 
Əməli düz olan bil, cənnətlikdir.

Soruşma Qiyamət nə vaxt baş verər, 
Vaxtı çatanda O,  zühur edəcək 
Qiyamət gününü Allahım bilər, 
Əzabı, çox ağır, qəfl gələcək.

Allahın yerinə çağırdığınız,  
O bütlər bir yardım göstərə bilməz.
Yonulmuş daşlara hey bagırdınıız ,
Allahın nurunu kafirlər görməz.

Rauf ! Pənah apar uca rəbbimə, 
Saleh bəndələrin qəlbi pak, əsas.
Şürk et, dua et, sığın Rəbbinə, 
Quran oxunanda ona qulaq az.

Rauf İlyasoğlu,
12 may 2021- ci il

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ