SON DƏQİQƏ

Gənc müəllimin humanist addımı +FOTOLAR

Tarix:14-05-2021, 00:21

İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir.     
Sumqayıt şəhəri V.İbrahimov adına 35 saylı tam orta məktəbin   ibtidai sinif müəlliməsi Nigar Vəliyeva, onun dərs dediyi 2-ci sinif şagirdləri və “Ümüd Xeyriyyə Cəmiyyəti” ilə birgə 5 aztəminatlı (Cəfərovlar, Əhmədovlar, Yusifovlar, Muradovlar, şəhid  Məmmədov Bəsti Məmmədovun nəvələri Həsənovlar ailələrini) ziyarət edərək bayram sovqatı apardılar.  

Gənc müəllimə Nigar Vəliyevaya XeberTıme.az -a öz müsahibəsində bildirdi.                                                                                                       
- Mən bir müəllimə kimi hər zaman dərs dediyim şagirdlərə mərhəməti, paylaşmağı, xeyirxahlığı təbliğ edirəm. Bu günki tədbirimizin məqsədi uşaqlarda xeyirxahlığı aşlayaraq onları gələcək həyata daha mükəmməl bir vətəndaş olaraq yetişdirməkdir və ən əsasıda yoxsul, arzuolunmaz şəraitdə yaşayan həmyaşıdları ilə daima ünsiyyətdə olaraq özlərinə məxsus oyuncaqlarını, məktəb ləvəzimatlarını, geyimlərini onlarla bölüşməkdir. Bu gün məqsədimiz böyüməkdə olan nəsil aztəminatlı ailənin övladları ilə tanış olaraq onlarla ünsiyyətdə yaradaraq yeni dostlar tapmaqdır. Zamanla belə xeyirxah görüşlərimizi davam etdirəcəyik. Sayıtınız vasitəsi ilə sinifimizin valdeynlərinə öz təşəkkürümü bildirirəm. 

“Ümüd Xeyriyyə Cəmiyyətinin rəhbəri Raya Məlikova bizimlə həmsöhbət oldu.                                                                           
- Hər bir müsəlman bu ayda xeyirxah əməllərə sahib olmağı bacarmalıdır. Nigar müəllimənin bu humanist addımı bir örnəkdir, böyüməkdə olan nəslə bir nəsihətdir. Məhz bu kimi addımlar hər bir insanın mənəvi həyatını zənginləşdirər. Bu ayda edilən savab əməllər isə Allah dərgahında heç vaxt cavabsız qalmır. Ona görə də şəhid, qazi, aztəminatlı, əlil  ailələrini Ramazanda daha çox ziyarət etmək və onları sevindirmək, xeyirxah işlər görmək bu ayın şəninə hörmət əlamətidir. Bu ilahi fürsəti qaçırmayaq. 
Göstərdiyi köməyə və şəkillərə görə “XeberTıme.az”  informasiya portalının foto-müxbiri Rahid Eynullayevə öz təşəkkürümüzü bildiririk. 

Ramazan bayramınız mübarək olsun!  
 
Yeganə Telmanqızı 
“XeberTıme.az”



                                                                                                                                                                          
   
 
                                                                  
 
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ