Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Respublikamızın tanınmış vəkili Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra” verlişi 15.05.2021-ci il tarixində həftənin şənbə günü saat 14:30-da canlı yayımda, verlişin təkrarı isə bazar günü saat 14:30-da "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.
Bu dəfə "Qanun və İcra" verlişində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 179-188-ci maddələri, “Pozulmuş nigahın qeydə alınması” və “Atalıq faktının qeydə alınması”, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-237-ci maddələri, “Narkotik maddələrin istifadəsi, satılması və becərilməsi” mövzusunu əhatə edən fikir mübadiləsi aparılacaq. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaqdır. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişik:
1. Nailə İslamzadə - Əməkdar artıst, məşhur teleaparıcı.
2. Şərəf Cəlilli – Araşdırmaçı, yazar
3. Humay Qurbanova- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.
4. Qələndər Muxtarlı – Tarixçi, ekspert.
Yeganə Telmanqızı
“XeberTıme.az”