SON DƏQİQƏ

CƏNNƏTDƏN ANAMA HƏDİYYƏM- FOTOLAR

Tarix:15-05-2021, 10:49

Şəhidlər 44 günlük Vətən müharibəsində qanları ilə tarix yazdılar.  
14.05.2021-ci il tarixindən Sumqayıt Şəhidlər Xiyabanında “Ümüd Xeyriyyə Cəmiyyəti” tərəfindən yeganə övladlarını itirmiş  şəhid analarına  təsəlli edici “Cənnətdən Anama Hədiyyəm” adlı Ramazan hədiyyələri təqdim olundu. Təqdimat mərasimində Vətən müharibəsinin qaziləri Camal Alxasov və Həsən Yaqubovda iştirak edirdi.                                                     
Hədiyyələr Ruslan İmanquliyevin anası Ramiyyə Səfərovaya, Mirabdulla Əhmədovun anası Validə Əhmədovaya, Rüfət Müstafayevin anası Afət Mustafayevaya, Azad Cabbarovu böyüdən xalası Maya Cabbarovaya, Fərhad Əliyevin anası Taciyə Əliyevaya təqdim olundu.                                                                                     
Tədbirin təşkilatçısı “Ümüd Xeyriyyə Cəmiyyətinin rəhbəri, “XeberTıme.az”  sayıtının xüsusi muxbiri  Raya Məlikova bizimlə həmsöhbət oldu.                                                          

- Bütün şəhidlərimiz və onların ailə üzvüləri bizim üçün doğmadır, əzizidir. Bu addımımız ilə istədik ki, yeganə övladlarını itirən analara azda olsa təskinlik verək, Ramazan bayramını təbrik edək. Tək övladlarını itirmiş anaları sevindirə bildiksə nə xoş bizlərə. Bu gün bizim yanımızda olan Vətən müharibəsinin qaziləri Alxasov Camala, Yaqubov Həsənə öz təşəkkürümü bildirərəm. Çox sağ olsunlar ki, bizimlədilər. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qaziləriməzə şəfa versin. Şəhid valdeynlərinə Ulu yaradandan səbr diliyirəm!                                                                                         
Sumqayıt şəhər V.İbrahimov adına 35 saylı tam orta məktəbin  ibtidai sinif müəlliməsi Nigar Vəliyeva tədbir haqqında  təsuratlarını bizimlə bölüşdü.                                                                  

- Belə tədbirlərin tez-tez keçirilməsi vacibdir. Bütün tədbirlərimizdə olduğu kimi bu gündə məktəb şagirdləri bizimlədir. Böyüməkdə olan nəsil qazilərimizi, şəhidlərimizi tanımalıdır və gələcək nəslə tarixən ötürməlidir. Məqasədimiz, məramımız tək övladlarını itirmiş analara bu gün övladlarının cənnət hədiyyəsini təqdim edərək onlara daima bizimlə olduğunu hiss etdirmək idi. Tədbirdə şəhidlərin döyüş və ömür yolundan danışdıq və bizimlə bərabər olan qazilərimizidə  şagirdlərimizlə tanış etdik. Allah şəhidlərimizə rəhmət eləsin!  
Tədbirdə göstərdiyi köməyə və şəkillərə görə “XeberTıme.az”  informasiya portalının foto-müxbiri Rahid Eynullayevə, Sumqayıt şəhər V.İbrahimov adına 35 saylı tam orta məktəbin  şagirdlərinə və valdeynlərinə öz təşəkkürümüzü bildiririk. 
 
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 

Yeganə Telmanqızı 
 “XeberTıme.az”






                                                                                                                                                                          
       

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ