“Qanun və İcra” verlişi hər şənbə günü saat 14:30-da, təkrarı isə hər bazar günü saat 14:30-da “Dünya TV”-nin efirində canlı olaraq yayımlanır.
Bu dəfə "Qanun və İcra" verlişində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 179-188-ci maddələri, “Pozulmuş nigahın qeydə alınması” və “Atalıq faktının qeydə alınması”, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-237-ci maddələri, “Narkotik maddələrin istifadəsi, satılması və becərilməsi” mövzusunu əhatə edən fikir mübadiləsi aparıldı. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlandı, sonda isə verlişə ünvanlanmış suallar cavablandırıldı. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişdik:
1. Nailə İslamzadə - Əməkdar artıst, məşhur teleaparıcı
2. Şərəf Cəlilli – Araşdırmaçı, yazar
3. Humay Qurbanova- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.
4. Qələndər Muxtarlı – Tarixçi, ekspert.
Verlişin informasiya dəstəyi “XeberTıme.az” və “dünyatv.az” sayıtlarına məxsusdur.
Sizlərə sayıtımız vasitəsi ilə verlişin videosunu təqdim edirik.
Yeganə Telmanqızı
“XeberTıme.az”