SON DƏQİQƏ

Azərbaycanda 3 942 nəfər COVID-19-a yoluxub, 2 265 nəfər sağalıb, 37 nəfər vəfat edib

Tarix:2-12-2020, 21:31

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 942 yeni yoluxma faktı qeydə alınıb, 2 265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.XeberTıme.az  bildirir ki,   bu barədə Operativ Qərargahın birifinqdə TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva deyib.
Onun sözlərinə görə,COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib:"İndiyədək ölkədə ümumilikdə 129 544 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 79 162 nəfər müalicə olunaraq sağalıb, 1 470 nəfər vəfat edib, aktiv xəstə sayı 48 912 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 411 ötən müddət ərzində isə ümumilikdə 1 763 609 test aparılıb".

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ