SON DƏQİQƏ

Yaşasaydı zabit Muradovun bu gün 22 yaşı tamam olurdu

Tarix:19-05-2021, 14:37

Doğulduğun günə salam olsun şəhidim! 
Əvvəlcə şəhidin təhsil aldığı Sumqayıt şəhər 25 saylı tam orta məktəbdə müəllimlər və şagirdlər şəhid Vüsal Muradovun anası Kəmalə Muradova ilə görüş keçirtdilər. Məktəbin giriş dəhlizində qoyulan Vüsal Muradovun büstünü heykəltaraş-rəssam Nahid Qədirov hazırlamışdır. Şəhidin doğum günündə büstün açılışı oldu. Əyinlərində şəhidin müxtəlif şəkillərini əks etdirən köynəkləri şəhidin xatirəsinə ehtiram olaraq bir sıra gənclər geyinmişdilər.  Görüş Sumqayıt şəhər Şəhidlər Xiyabanında davam etdirildi. Əvvəlcə Vətən uğrunda canını qurban verən cəmi şəhidlərimizin ruhlarına dualar oxunaraq  Allahdan onlara rəhmət diləndi. Sonra şəhidin məzarı üstündə Kəmalə xanım, Vüsala dərs deyən müəllimlər, yaxınları, rəsmi iş adamları Vüsal haqqında xoş xatirələrindən danışaraq  döyüş yoluna nəzər saldılar.  Tədbirdə Sumqayıt şəhər icra nümayəndələri, şəhidin təhsil aldığı məktəbin pedoqoji kollektivi, ilahiyyətçi Seyid Taleh, Vətən müharibəsi qaziləri Nəsirov Fətulla, Yaqubov Həsən, şəhidin ailə üzvüləri, yaxınları iştirak edirdilər. 
Sonda ənənəvi olaraq  “Ümüd Xeyriyyə Cəmiyyəti”nin rəhbəri Raya Məlikova və “XeberTıme.az” informasiya portalının rəhbəri Yeganə Telmanqızı Kəmalə xanımı “Şəhid Anası” fəxri diplomu ilə təltif edərək şəhidin şəxsi guşəsi üçün hədiyyə təqdim etdilər. 
Şəkillərə görə “XeberTıme.az”  informasiya portalının foto-müxbiri Rahid Eynullayevə və xeyriyyəçi xanı Gülşən Quliyevaya  öz təşəkkürümüzü bildiririk. 

Yeni yaşın mübarək şəhid qardaşım! 

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 

Yeganə Telmanqızı 
 “XeberTıme.az”





                                                                        

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ