SON DƏQİQƏ

Muzeylər mədəni sərvətimizdir- FOTO

Tarix:20-05-2021, 11:42

Yasamal rayon Heydər Əliyev Mərkəzində 18 may -Beynəlxalq muzeylər gününə həsr olunmuş “Muzeylər-mədəni sərvətimizdir” TV adlı rəsm sərgisi keçirildi.Tədbirdə Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı rəsmi təmsilçisi Növber Ferit Veçhi, Təhsil və Mədəniyyət attaşesi, fotoqraf Tevfik Ulual, Həkəri qəzetinin baş redaktoru, yazıçı Rauf İlyasoğlu, Yazıçılar Birliyinin üzvü, tanınmış uşaq yazıçısı Gülzar İbrahimova, Azərbaycan Rəssamlar ittifaqının üzvləri Elnurə və Aygün İsgəndərovalar iştirak etdi.
Tədbiri giriş sözü ilə Mərkəzin elmi işçisi Günel Həsənova açaraq bildirdi ki, Beynəlxalq Muzeylər Şurası tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu əlamətdar gün hər il müxtəlif deviz altında keçirilir. Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənib, bu sahədə beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlər əldə edilib.
Sonra Mərkəzin direktoru Naminə Ömərova çıxış edərək qonaqları salamladı, Muzeylər günü ilə əlaqədar keçirilən sərginin təşkil olunmasında iştiraklarına görə Şimali Kipr Türk Cümhuriyyətinin Bakı Nümayəndəliyinin Təhsil və Mədəniyyət attaşesi, fotoqraf Tevfik Uluala və Azərbaycan Rəssamlar İttifaqının üzvləri Elnurə və Aygün İsgəndərovalara təşəkkür etdi. Ölkəmizdə mili-mənəvi dəyərlərimizə və muzey işinə dövlət qayğısından bəhs etdi və Vətən müharibəsində qazanılan şanlı qələbə sayəsində işğaldan azad olan ərazilərdəki muzeylərin tezliklə bərpa edilməsi üzrə işlərin həyata keçirilməsindən danışdı.
Sərgidə Şimali Kipr Türk Cümhuriyyətinin Bakı Nümayəndəliyinin Təhsil və Mədəniyyət attaşesi, fotoqraf Tevfik Ulual və Azərbaycan Rəssamlar İttifaqının üzvləri Elnurə və Aygün İsgəndərovaların əsərləri nümayiş olundu.
Sərgiyə baxış Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara riayət olunmaqla keçirildi.
Sonda Təhsil və Mədəniyyət attaşesi, fotoqraf Tevfik Uluala və Azərbaycan Rəssamlar İttifaqının üzvləri Elnurə və Aygün İsgəndərovalara fəxri fərman təqdim olundu.

Aygün Oqtay


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ