SON DƏQİQƏ

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlişi

Tarix:20-05-2021, 23:58

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Respublikamızın tanınmış vəkili Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra” verlişi 22.05.2021-ci il tarixində həftənin şənbə günü saat 14:30-da canlı yayımda, verlişin təkrarı isə bazar günü saat 14:30-da "Dünya TV"-nin efirində nümayiş etdiriləcək. 
Bu dəfə "Qanun və İcra" verlişində bəşəriyyətin problem olan narkotik maddələrinin və onun istifadəsi, satışı ilə məşğul olan şəxslərlə bağlı tətbiq olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-241-ci maddələri, “Narkotik vasitələrinin və onların bikurslarından istifadə edən şəxslərinin cinayət məsuliyyəti” mövzusunu əhatə edən  fikir mübadiləsi aparılacaq. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaqdır. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişik:  
1. Vəfa Abdullayeva- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil. 



2. Ülviyyə Murtuzova - Yeni Nəsil Innovativ və Sosial Dəstək İctimai birliyin sədri və Kitabxana.net kitab portalının idarə heyətinin üzvü. Ailə məsələləri uzrə ekspert.    


3. Yeganə Telmanqızı - “XeberTıme.az” informasiya portalının rəhbəri, AJB- nin üzvü.


4. Sevinc Salehli- Psixoloq, həkim.  

Yeganə Telmanqızı 
 “XeberTıme.az”   


                                                                    

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ