SON DƏQİQƏ

20 yaşın mübarək Vətənimin qəhrəman oğlu! - FOTO

Tarix:21-05-2021, 23:00

Yaşasaydı bu gün Tərlan Rzayevin 20 yaşı tamam olurdu. 
Vətən müharibəsinin ilk günündə şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən  biri Tərlan Rzayevin doğum günü Sumqayıt şəhər Şəhidlər Xiyabanından başladı.                       
Əvvəlcə Vətən uğrunda canını qurban verən cəmi şəhidlərimizin ruhlarına dualar oxunaraq  Allahdan onlara rəhmət diləndi. Sonra şəhidin məzarı üstündə şəhidin ailə üzvüləri, yaxınları, rəsmi iş adamları Tərlan Rzayev haqqında xoş xatirələrindən danışdılar. 
Natiqlər Vətən uğrunda canını qurban vermiş I və II Qarabağ müharibəsində şəhid olmuş bütün oğullarla fəxr etdiklərini bildirdilər.                                                                  

Tədbirdə ilahiyyatçı - din xadimi: “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri Hacı Şahin, Sumqayıt Cümə məscidinin axundu Rauf Sərdarov, Corat “Cümə məscidi”nin axundu Sahib Məmmədov, Sumqayıt şəhər icra nümayəndələri, şəhidin təhsil aldığı 27 saylı tam orta məktəbin pedoqoji kollektivi, Vətən müharibəsi qaziləri, şəhidin ailə üzvüləri, yaxınları iştirak edirdilər. 
Sonra şəhidin yaşadığı kücədə Corat qəsəbəsində şəhidin  xatirə lövhəsi açıldı.  Xatirə lövhəsinin qarşısına güllər, əkililər qoyuldu. Açılış mərasimində Sumqayıt şəhər icra nümayəndələri, ilahiyyatçı - din xadim Hacı Şahin, Hacı Rauf  ən ali zirvə olan şəhidlik zirvəsinin məram və məqamından söhbət açdılar, Vətən üçün dəyərli övlad böyütləri üçün şəhid valdeynlərinə öz təşəkkürlərini bildirdilər. 

Sonda ənənəvi olaraq  “Ümüd Xeyriyyə Cəmiyyəti”nin rəhbəri Raya Məlikova və “XeberTıme.az” informasiya portalının rəhbəri Yeganə Telmanqızı şəhidin anası Simnarə Səlimovanı “Şəhid Anası” fəxri diplomu ilə təltif edərək şəhidin şəxsi guşəsi üçün hədiyyə təqdim etdilər. 
Şəhidin adını ehsan süfrəsi verildi. 
Yeni yaşın mübarək şəhid qardaşım! 
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 

Yeganə Telmanqızı 
 “XeberTıme.az”





                                                                                                                                                                         
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ