SON DƏQİQƏ

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlişi- FOTO\VİDEO

Tarix:22-05-2021, 23:36

“Qanun və İcra” verlişi hər şənbə günü saat 14:30-da, təkrarı isə hər bazar günü saat 14:30-da “Dünya TV”-nin efirində canlı olaraq yayımlanır. 
Bu dəfə "Qanun və İcra" verlişində bəşəriyyətin problem olan narkotik maddələrinin və onun istifadəsi, satışı ilə məşğul olan şəxslərlə bağlı tətbiq olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-241-ci maddələri, “Narkotik vasitələrinin və onların bikurslarından istifadə edən şəxslərinin cinayət məsuliyyəti” mövzusunu əhatə edən  fikir mübadiləsi aparıldı.  Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlandı, sonda isə verlişə ünvanlanmış suallar cavablandırıldı. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişdik:  



1.  Vəfa Abdullayeva- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.


2. Ülviyyə Murtuzova - Yeni Nəsil Innovativ və Sosial Dəstək İctimai birliyin sədri və Kitabxana.net kitab portalının idarə heyətinin üzvü. Ailə məsələləri uzrə ekspert. 



3.  Yeganə Telmanqızı - “XeberTıme.az” informasiya portalının rəhbəri, AJB- nin üzvü.


4. Sevinc Salehli- Psixoloq, həkim. 

 
Verlişin informasiya dəstəyi “XeberTıme.az” və “dünyatv.az” sayıtlarına məxsusdur. 


Verlişdə hər zaman olduğu kimi Zəfər tarixi yazan qəhrəman oğullardan danışıldı: Şəhid Rüstəmov Elnurun, şəhid Vüsal Muradovun, Vətən müharibəsi qaziləri Yaqubov Həsənin və Alxasov Camalın keçdiyi döyüş yolundan danışıldı.  


Sizlərə sayıtımız vasitəsi ilə verlişin videosunu təqdim edirik.  



 
Yeganə Telmanqızı 
 “XeberTıme.az”   

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ