SON DƏQİQƏ

Parakarateçimiz Avropa çempionu oldu

Tarix:23-05-2021, 00:32

Xorvatiyanın Poreç şəhərində parakarate üzrə Avropa çempionatı davam edir. 
XeberTıme.az   xəbər verir ki, millimizin üzvü Emliya Mitlinova finalda Vask Karmenə (Estoniya) qalib gələrək Avropa çempionu adına layiq görülüb.
 
Bununla da parakarateçilərimizin Avropa çempionatında qazandıqları medalların sayı 3-ə çatıb.
 
Qeyd edək ki, müxtəlif kateqoriyalarda yarışan idmançılarımızdan Sahib Əhədov və Eldar Əhmədov bürünc medal qazanıblar.
 
Parakarate üzrə Avropa çempionatında 5 idmançımız mübarizə aparır. Qitə çempionatına mayın 23-də yekun vurulacaq.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ