SON DƏQİQƏ

“Ümüd Xeyriyyə Cəmiyyəti” sünnət kompanyasına start verdi- FOTOLAR

Tarix:24-05-2021, 01:31

“Ümüd Xeyriyyə Cəmiyyəti”-nin rəhbəri Raya Məlikova 110 uşağın sünnət kompanyasına start verdi. 
Bu gün Bakı şəhəri və Bakı ətrafı kəndlər, Abşeron rayonu, Xızı rayonu və Sumqayıt şəhərində yaşayan aztəminatlı, əlil, şəhid ailələrinin ümumilkdə 7 ailənin 10 övladı sünnət olundu. 

Əlimərd Kazımlı Nizami
Kazımlı Əliməd Vüsal oğlu                                                                     

Kərimli İbrahim Firuz oğlu
Məmmədov Əli Raman oğlu
Yusifov Yusif Xanəli oğlu
Yusifov Əli Xanəli oğlu
Yusifov Əkbər Xanəli oğlu
Yusifov Mehdi Xanəli oğlu
Rzayə Şəhin Meseh oğlu (Pakistan vətəndaşı)
Məmmədov Əli

Rzayə Şəhin Meseh oğlu (Pakistan vətəndaşı)

Sumqayıt şəhər uşaq xəstəxanasnın cərahiyyə şöbəsində uşaqlar qeydiyyata alınaraq yüksək səviyyədə, pandemiya qaydalarına uyğun olaraq, bütün analizlər verilməklə uşaqlar sünnət olaraq valdeynlərinə təhfil verildi. 
Sonda uşaqlara “Ramazan”, “Quran” kitabları, fəxri təltif, oyuncaqlar və şirniyyatlar təqdim olundu.  Bir necə həftə davam edən kompanyada 110 uşaq sünnət olunacaq. 



“Ümüd Xeyriyyə Cəmiyyəti”-nin rəhbəri Raya Məlikova hər zaman uşaqlara öz qayğısını əsirgəmir:  


- Sünnət olmaq Peyğəmbərimizin (s.ə.s) hədislərinə əsaslanır.  Gələcəyimiz olan uşaqlara yüksək diqqət və qayğı ilə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur. Bu günki aksiyamızda aztəminatlı, əlil, şəhid ailələrinin övladları yararlanaraq müsəlman oldular. Kompanyamızda yaxından iştirak edən hər kəsə öz minnətdarlığımı bildirirəm.                                  


Xeyriyyəçi və iş adamı Seyid Mirazad müəllim bizimlə həmsöhbət oldu:  

 

- Məhəmməd Peyğəmbərin (s.ə.s) gözəl kəlamlarından biridə budur: Cənnətdəki "Sevinc sarayı"na, ancaq uşaqları sevindirənlər girər. Bizdə bu gün  aztəminatlı, əlil, şəhid ailələrinə dəstək olaraq onların övladlarını sünnət etdirərək öz köməkliyimizi əsirgəmədik. Uşaqlara qayğı ölkənin gələcəyinə qayğıdır, Bu gün uşaqlara qayğı və diqqət göstəririk ki, sabahımız daha aydın olsun. 


Xatırladaq ki, ən kiçik uşaq 1 yaşında, ən böyük uşaq 11 yaşında idi.
Bizdə “XeberTıme.az”  informasiya portalı olaraq sayıtımızın əməkdaşı və “Ümüd Xeyriyyə Cəmiyyəti”-nin rəhbəri Raya Məlikovaya, Xeyriyyəçi və iş adamı Seyid Mirazada, həmçinin Sumqayıt şəhər Uşaq Xəstəxanasının baş həkimi Müşfiq Məmmədli başda olmaqla cərahiyyə şöbəsinin uşaq cərrahı Rafael Soltanov və zəhməti keçən tibb baçılarına öz dərin təşəkkürümüzü bildiririk. 

Hər zaman sağlam olun!

Yeganə Telmanqızı 
 “XeberTıme.az”


                                                                                                                                                                         

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ