SON DƏQİQƏ

Onun adı Serafino idi - FOTO\VİDEO

Tarix:24-05-2021, 02:13

İkinci dünya müharibəsində Avropada yaşayan xalqlarla yanaşı Azərbaycanın mərd , mübariz oğulları da rəşadət və  qəhrəmanlıqlar göstərmişlər.
Belə igid oğullardan biri də Serafino  ləqəbli Tahir İsayevdir.
Tahir İsrafil oğlu İsayev 1923- cü  ildə Qazax rayonunun Şıxlı kəndində anadan olmuşdur.
1941 ci ildə  cəbhəyə yollanan 18 yaşli Tahir  Şimali Qafqazın azadlığı uğrunda alman faşistlərinə qarşı  mərdliklə  vuruşur və Mazdok uğrunda gedən qanlı  döyüşlərdə ağır yaralanır.
Güllə yağışı altında sürünərək özünü  kömür vaqonuna çatdırır və  güman edir ki, qatar vətənə doğru gedir. Tale Tahiri İtaliyanin Bermaqo şəhərinə  almanların  içərisinə gətirir. 
Düşmənə əsir düşür.  Əsirlikdə əzab əziyyətlər çəkir. İki dəfə əsirlikdən qaçır və İtaliyada partizanlara qoşulur.
" Fiamma Verdi " partizan briqadasında rus, alman,  və italyan dillərini öyrənir. Briqada İtalyanlara yanaşı ruslar, fransızlar, ingilislər və digər xalqların nümayəndələri də partizan hərəkatında iştirak edir və Tahir İsayev də alman faşistlərinə qarşı igidliklə  vuruşur.
Döyüş yoldaşları Tahiri atası İsrafil İsayevin adına uyğun olaraq " Serafino"  deyə çağırmağa başlayırlar.
Əfsanəvi qəhrəmanlarımız Mehdi Hüseynzadə, Mirdamət Seyidov kimi Tahir İsayev da Adriatik  dənizi sahillərində alman faşistlərinin qarşı vuruşaraq qəhrəmanlıqlar göstərmişdir.
Leytenant " Serafino" İtaliya Kommunist Partiyası sıralarına qəbul olunur. 
1945-  ci ildə  Milan şəhərinin faşistlərdən  təmizlənməsi uğrunda gedən  döyüşlərdə qəhrəmanlıq göstərərək onlarla alman faşistlərini  məhf etmişdir.
"Serafino" İtaliya dövləti tərəfindən 36  orden və medallarla təltif olunur.
1945 ci ildə Azərbaycanlı Tahiri - Serafino " nu Milanın fəxri vətəndaşı elan edirlər.
23 yaşlı cəsur kəşfiyyatçı olan  " Serafino"ya İtaliyanın Milli Qəhramanı adı  verilir.
Adelina adlı bir italyan qızı ilə ailə qurur və Slava adlı bir oğlu dünyaya gəlir. Amma vətən həsrətinə dözməyərək  müharibədən sonra ailəsini İtaliyada qoyaraq  Azərbaycana gəlir və doğulduğu Qazax rayonunun Şıxlı kəndində qayıdır.
"Serafino" nun almanlara əsir düşməsi vətənində birmənalı qarşılanmır. 
Yenicə evləndiyi Dilbər,   6 aylıq oğlu ilə birgə ondan ayrılmağa məcbur edilir.
Tahirin atasi İsrafil  də ondan imtina edir.
Bir - birindən ağır zərbələr alan Serafino orden və medallarını da götürərək Gürcüstanın Rustavi şəhərinə gəlir. Maşınqayırma zavodunda  işə düzəlir, fəhlə işləyir. Gənclər şəhərində böyük nüfuz sahibi olur. Hamı onu qayğıkeş bir insan, dost kimi tanıyır. Qəlbi həmişə insanlara yaxşılıq hissi ilə döyünür. Ailə qurur.Yeddi övladı dünyaya gəlir. 6 övladına partizan dostlarının adını qoyur. 
Roma, Stanislav, əkizlərə German və Ferman, qızlarına Rimma və İnna adlarını qoyur.
Bir müddətdən sonra İtaliya Kommunist Partiyasının sədri Palmiro  Tolyatti SSRİ- yə gəlir. Sovetlər birliyinin rəhbəri Xruşovdan Tahir İsayevi soruşur.
Kremldən bir başa Bakıya zəng olunur. Qazax rayonunun Şıxlı kəndi ayağa qalxır.
Rustavidə fəhlə işləyən Tahir İsayevi  hörmətlə  Moskvaya çağırırlar.
Serafimonun qəhrəmanlığı  keçmiş SSRİ- də  və İtaliyada dillər  əzbərinə
çevrilir.
1968- ci ildə Tahir İsayev İtaliyanın Milli Qəhrəmanı adına layiq görülür.
 Bir vaxtlar  əsir düşdüyü üçün ondan imtina edənlər igid, qəhrəman oğulla indi isə qürur duyurlar.
Qazax rayonunun Şıxlı kəndində büstü qoyulur, ev  muzeyi yaradılır. Haqqında "Onun adı Serafino idi" adlı film çəkilir.
Şıxli  kənd orta  məktəbi " Serafino" ləqəbli Tahir İsayevin adını daşıyır.
Hər dəfə mənfur qonşumuz olan ermənilərdən söhbət düşərkən Tahir İsayev deyərdi; - Ermənilər tarix boyu satqınçılıqla məşğul olublar.
İki dəfə əsirlikdən qaçmışam. 
Ermənilər alman ordusunun tərkibində Sovet hökumətinə qarşı  vuruşurdular.
Əsirlərə işgəncə verənlərin içərisində ermənilər üstünlük təşkil edirdilər.
Ermənilər  harada yaşayiblarsa tarix boyu  şeytançılıqla məşğul olublar,  fitnə , fəsad törədiblər. Azərbaycan xalqı isə harda olmağından asılı olmayaraq yediyi çörəyi ermənilər kimi taptalamayib,  dostluğa sadiq qalıb.
İtaliyanın əfsanəvi qəhrəmanı olan Tahir İsayev - Serafino 2001- ci ildə 79 yaşında vəfat etmiş və Şıxlı kənd qəbiristanlığında dəfn olunmuşdur.
Azərbaycanın qəhrəman oğulları  həmyerlimiz Əhmədiyyə Cəbrayılovun adı çəkiləndə, Fransız xalqı necə  qururlanırsa,   Tahir İsayevin  də adı çəkiləndə İtaliya xalqı igid qəhrəmanımızı ehtiramla yad edərək  bu gün də unutmur , əbədi  xatırlayırlar. 
Necə ki Ağdamlı polkovnik Həmzə Sadıqov alman generalını əsir alaraq yüzlərlə israilli uşaqları yandırılmaq təhlükəsindən xilas edərkən bu gün də  İsrail dövlətinin qəlbində əbədi məskən saldığı kimi , Tahir İsayevin də adı  çəkiləndə  hər birimiz iftixar hissi keçirib   qürurlanırıq.
Azərbaycanın adını şərəflə ucaldan qəhrəmanlarımıza Allahdan rəhmət diləyirik.
Heç kəs unutmasın ki, Odlar yurdu Azərbaycan qəhrəmanlar  yetişdirən mərdlər diyarıdır. 

Rauf İlyasoğlu

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ