Mərdəkan yolunda baş verən ağır qəzada üç nəfər həlak olub.
XeberTıme.az bildirir ki, bu barədə Oxu.Az-a Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.
Bildirilib ki, sözügedən ərazidə baş verən avtoqəza ilə bağlı daxil olan çağırış əsasında hadisə yerinə 5 Təcili Tibbi Yardım Briqadası göndərilib. Nəticədə bir qadın iki kişi olmaqla 3 nəfərin hadisə yerində həlak olduğu müəyyən edilib.
Bundan başqa 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıblar.