SON DƏQİQƏ

Hər birimizin doğma televiziyası LİDER TV

Tarix:26-05-2021, 02:02

Lider televiziyası dünya teleməkanına daxil olan gündən  dünyaya yayımlanmağa başlamışdır və kifayət qədər tamaşaçı auditoriyasını yığaraq sevilmişdir.
Hər bir yaş qrupunda  tamaşaçısı olan  televiziyanın bağlanması heç bir məqsədə uyğun deyil. Artıq 21 ildir ki, sevə-sevə gözlədiyimiz sabah verlişləri, sevimli teleaparıçı Nuranə Gülərin təqdimatında qazi və şəhidlərimizi daima öz efir vaxtında işıqlandıraraq dünyaya tanıdan “Çıxış yolu” sosial lahiyəsi, mədəniyyət, təhsil, səhiyyə, aktual, sosial, siyasi və digər mövzuları gündəmə gətirərək işıqlandıran televiziya. Bir sıra iş adamlarının və bu gün ictimayyətdə tanınmış simalarının uğurları məhz Lider TV-nin efirindən Azərbaycana çatdırılıb!  Bir çox tanınmış simalar məhz Lider TV-də eksperd qismində dəvət alaraq Azərbaycanlılar tərəfindən sevilib, seçilib ictimayyətə tanıdan kanal. 
Müəllifdən: Verlişləri sevə-sevə izlənilən Lider TV mənim ən sevimli telekanallarımdan biridir. Televiziyaya hər dəfə qonaq qismində dəvət alarkən buranın işçi kollektivindən özümə qarşı bir doğmalıq, istilik hiss etdim. Bununla bərabər bu tv-nin kifayət qədər tamaşaçı auditoriyası var. İnanıram ki,  Milli Televiziya və Radio Şurası bu məsələyə yenidən baxaraq daha obyektiv humanist addım atacaq.                          
 “XeberTıme.az” informasiya portalının rəhbəri və media işçısı kimi bu kanalaın bağlanmasının tam əleyhinəyəm. 
 

Yeganə Telmanqızı 
 “XeberTıme.az”                                                                                                                                                                          

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ