SON DƏQİQƏ

Akim Abbasovun 110 illik yubileyi keçirilmişdir.

Tarix:27-05-2021, 00:08

General, Diviziya komandiri, igid sərkərdə Akim Abbasovun 110 illik yubileyini polkovnik, yazıçı, şair Abdulla Qurbani  yüksək səviyyədə   idarə etdi. Generalın övladları, nəvələri Müdafiə nazirliyinin əsgər və zabitləri, alimlər veteranlar, kursantlar ,polkovnik Sücəddin Abdullayev,  tarixçi alim AMEA nın Tarix İnstitutunun direktorluguna layiq insan Cəbi müəllim , Həkəri qəzetini  təmsil edən bu sətirlərin müəllifi  də iştirak etdi. Müdafiə Nazirliyinin ansamblının müşayiəti ilə efirlərdə görünməyən və gözəl, məlahətli səsləri ilə könülləri oxşayan sənətkarların müşayiəti ilə Generalın ən çox xoşladığı mahnı və muğam parçaları ifa olundu.Müdafiə Nazirliyinin İdeoloji Mədəniyyət Mərkəzinin yüksək dərəcəli artisti , muğam ifaçısı Qoşqar Qasımov " Qaçaq Nəbi " mahnısını özünə məxsus tərzdə ifa etdi.
Əsgər və zabitlərimizin məğrur baxışlarından çox qururlanirdim.44 günlük müharibədə ordumuzun qələbəsi göz önünə gəldi. Qardaşım oğlu  şəhid Asiman Allahverdiyevin  nurlu siması  xəyalımda canlandı. Şəhid və qazilərimizin qanı bahasına vətənimizin bir parçası erməni quldurlarının əsarətindən azad olundu.
Vətənpərvərlik budur. 
Belə tədbirləri televiziyalarda geniş təbliğ etmək lazımdır. 
Şou proqramlarına baxmaqdandirsa, belə möhtəşəm tədbirləri izləmək insanlara mənəvi qida verir. 
Şəhidlər unudulmur, Qazilərimizi hər yerdə hörmət edin. Əsgər və zabitlərimizə ehtiramla, diqqətlə, nəvazişlə yanaşın. Vətəni, ana torpağı Akim Abbasov kimi sevin.
Tədbirdə Abdulla Qurbaninin sözlərinə bəstələnmiş mahnılar da ifa olundu. Bütün bu mahnılar bir vaxtlar 1941-45  ci illərdə atam leytenant  İlyas Allahverdiyevin diviziya komandiri olmuş  Akim Abbasovun xatirəsinə həsr olunmuşdu. Göz yaşlarımı boğa bilmirdim. Atamın söhbətləri hey xəyalımdan keçirdi.
General mayor Akim Abbasovun 110 illiyi ilə əlaqədar 110 foto da nümayiş etdirildi.
Söz mülkünün sultanı Süleyman Rəhimovun nəvələri ilə yaxından tanış oldum. Şamo Arifi xatırladıq, Şərqşünas qızı babası  Süleyman Rəhimov haqqında dostu İlyas Allahverdiyevin bir vaxtlar yazdığı ocerki ,  xatirələrini 
"Həkəri "qəzetində dərc etdiyinə görə çox sevindi.
General Akim Abbasovun oğluna da tanışliq verəndə çox sevindi, Abdulla Qurbanıyə yazılarını verərsən mənə çatdırar deyərək mehriban söhbət etdik.
 Abdulla Qurbani Həkəri' qəzətini   görərkən çox sevindi Həkəri adını bir neçə dəfə səsləndirərək təşəkkür etdi və çox  qururlandım.
Cunki heç bir yerdən maliyyələşməyən qəzeti 18 ildə nə mərhum Əli Xankişiyev, nə də Rauf İlyasoğlu dayanmağa qoymadıq, çətinliklərlə üzləşməli də olsaq,  Həkərimizin həm mənbəyi, həm də mənsəbi düşmən taptağindan  azad olundu.
Sonra xatirə şəkili çəkildi və tədbir iştirakçıları Akim Abbasovun ömür yolunu işıqlandıran fotosərgiyə tamaşa etdilər.

Rauf İlyasoğlu, 
" Həkəri " qəzetinin baş redaktoru,


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ